GÜRCÜSTAN SERİYALI MAŞINLARA QADAĞA: "Gömrüyün buna hüququ yoxdur, bu, bəzi işbazların...."
24-12-2019 [10:32]
Gürcüstan dövlət nişanlı avtomobillərin ölkə ərazisində qalma müddətinin məhdudlaşdırılmasına dair Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən yayılmış məlumatlar hələ də aktuallığını saxlayır. Bu günlərdə “Soydaş” İctimai Birliyi bununla bağlı müzakirələr aparıb və təkliflər verib.
Xatırladaq ki, Dövlət Gömrük Komitəsi tərəfindən Gürcüstan dövlət nişanlı avtomobillərin ölkə ərazisində qalma müddətinin məhdudlaşdıraraq 1 il ərzində 90 gündən artıq qalmasına qadağa qoyulub. Komitə tərəfindən bildirilib ki, gömrük qanunvericiliyinin pozulmasının, dövlət büdcəsinə çatacaq vergi və rüsumlardan yayınmanın qarşısının alınması, ölkənin ekoloji vəziyyətinin qorunması məqsədilə xarici dövlətlərdə daimi qeydiyyatda olan XİFMN-in 8703 və 8711 mal mövqelərinə aid avtonəqliyyat vasitələrinin müvəqqəti olaraq ölkəyə gətirilməsi zamanı nəzarət tədbirlərini gücləndirib.
Bu məsələdə DGK “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.10.2013-cü il tarixli 305 nömrəli qərarının 1.3.9-ci maddəsinə istinad edib.
Hüquqşünas Polad Mehdiyev problemi və ondan çıxış yollarını, eyni zamanda İctimai Birliyin təkliflərini ətraflı şərh edib.
O bildirib ki, Nazirlər Kabinetinin 14.10.2013-cü il tarixli 305 nömrəli qərarının 1.3.9-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi - dövlət qeydiyyatına alınmış və ya alınmalı olan, xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının (bundan sonra - XİFMN) 8701-8704, 8711 və ya 8716 mal mövqelərinə aid nəqliyyat vasitəsidir:
“Nazirlər Kabinetinin 14.10.2013-cü il tarixli 305 nömrəli qərarının 4.3-cü maddəsinə əsasən xarici dövlətlərdə daimi qeydiyyatda olan XİFMN-in 8703 və 8711 mal mövqelərinə aid avtonəqliyyat vasitələrinin və onların qoşqularının qeyri-rezidentlər tərəfindən müvafiq təsdiqedici sənədlə gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə 90 gün müddətinədək, bu müddətin uzadılmasına görə isə Gömrük Məcəlləsinin 258-ci maddəsi ilə müəyyən edilmiş gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsullarının tətbiqi ilə 1 ildən artıq olmamaq şərtilə həmin şəxsin vizasında və ya Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsində, yaxud əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərarda göstərilən müddətə icazə verilir.Göründüyü kimi, qeyd edilən qərarın 1.3.9-ci maddəsi mahiyyətcə Azərbaycan vətəndaşlarına aiddir. Xarici ölkə vətəndaşlarının özlərinə məxsus avtinəqliyyat vasitələrini Azərbaycan ərazisinə gətirməsinə aiddiyatı yoxdur”.
Hüquqşünas bildirib ki, buna görə də Dövlət Gömrük Komitəsinin xarici dövlətlərdə qeydiyyatı olan avtomobillərin müvəqqəti olaraq ölkəyə gətirilməsinə qadağa qoymasını qanunauyğun olmayan hərəkətdir.
P.Mehdiyev qeyd edib ki, digər tərəfdən, bu məsələdən sui-istifadə hallarının da mövcud olduğu da məlumdur: “Müəyyən işbazlar 3-cü şəxlərə Borçalıdan olan soydaşlarımızın adına avtomobillər alma halları artmaqdadır. Nəticədə gömrük rəsmiləşdirilməsindən yayınaraq ölkədə maşınların sayı artır”.
Hüquqşünas təklif edib ki, bu cür sui-istifadə hallarının qarşısının alınması fərqli üsullarla həyata keçirilməlidir: “Nəzərə almaq lazımdır ki, Borçalıdan olan soydaşlarımız bizim üçün hər hansı əcnəbi deyildir. Onlar bizim soydaşlarımızdır. 50 milyonluq dünya Azərbaycanlılarının ən mühüm hissəsindən biridir. Demək olar ki, Borçalıda olan hər bir soydaşımız Ana Vətən olan Azərbaycanla sıx bağlılığı, əlaqələri var. Borçalıda olan hər bir soydaş Azərbaycana bir ümid yeri, arxa, dayaq kimi baxır”.
Polad Mehdiyev qeyd edib ki, məsələnin həlli ilə bağlı “Soydaş»İctimai Birliyinin təklifləri kifayət qədər əsaslıdır:
“1. Problemin mütəxəssislər tərəfindən dəqiq araşdırılması üçün aidiyyəti dövlət qurumlarının (DGK, DSX, DMX, DYP, DANX, BNA) nümayəndələrindən ibarət komissiya/işçi qrup yaradılsın;
2. Gürcüstan dövlət nişanlı avtomobillərin ölkə ərazisində qalma müddətinə dair qeyri-qanuni məhdudiyyət aradan qaldırılsın. Lakin həmin avtomobilə dair mülkiyyətçinin ailə üzvləri istisna olmaqla, 3-cü şəxslərə verilmiş etibarnamə Azərbaycan respublikasında tanınmasın”.
Azpolitika.info
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi