Korrupsiyaya qarşı mübarizə idarəsinin rəis müavini qəzaya düşdü

img

12-09-2013 [11:02]


Baş Prokuroluq yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəis müavini yol qəzasına düşüb. APA-nın məlumatına görə, hadisə ötən gün saat 17.00 radələrində Türkiyə səfirliyinin qarşısında qeydə alınıb. İçərisində Korrupsiyaya qarşı mübarizə idarəsinin rəis müavini Əli Nağıyevin olduğu "Toyota Camry” markalı maşın başqa bir avtomobillə toqquşub.
Qəza nəticəsində Ə. Nağıyev müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Nəsimi rayon Polis İdarəsindən hadisəni təsdiqləsələr də, bu barədə əlavə açıqlama verilməyib.
Qeyd edək ki, Ə. Nağıyevin qəzaya düşdüyü maşın onun xidməti avtomobili olub.
Avtomobili isə sürücüsü idarə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA