30 ildir mandat daşıyan Madər Musayev: biznesmen deputat yenidən seçkiyə gedir?
23-12-2019 [20:50]
Növbədənkənar parlament seçkilərində iştirak etmək istəyən köhnə-yeni namizədlərdən birinin adı cəmiyyətdə sözün həqiqi mənasında şok yaradacağına şübhə etmirik. Söhbət 72 yaşlı, 30 ildir mandat daşıyan Madər Musayevdən gedir!
Bəli, bu adam özünü Yeni Azərbaycan Partiyasının deputat korpusu ilə birgə buraxıb, islahatlara dəstək verəndən sonra yenidən deputat mandatı almaq istəyir. M.Musayev 30 ildə bir cümləsi ilə yadda qalmasa da, zəngin deputatlıq tarixçəsinə malikdir.
1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə deputat seçildikdən sonra 1995, 2000, 2005, 2010, 2015-ci illərdə də Milli Məclisdəki kürsüsünü qoruyub. Avropa Məhkəməsi düz iki dəfə onun rəqiblərinin hüquqularının kobud şəkildə pozulduğunu tanısa da, Madər müəllim zərrə qədər mövqeyindən geri çəkilməyib.
Yaxşı var-dövlət sahibi, çoxsaylı gəlirli obyektləri olan deputatın mandat sevgisi nə ilə bağlıdır, deyə bilmərik! Heç ötən illərdə siyasi hakimiyyətdə dəfələrlə dəyişən paradiqmalarda ona necə yer tapıldığını da bilmirik. Ancaq onun depuat kimi üzərinə düşən vəzifələri belə tam şəkildə bildiyinə şübhə edirik...
Azərbaycanın müstəqillik tarixində ilk dəfə Milli Məclis ölkədə aparılan islahatlara adekvat olmaması səbəbindən buraxılıb, yenidən qurulur.
Elan olunduğu kimi, hakimiyyətdə yeni təfəkkürlü, savadlı gənclərə yer verilir, onlar yüksək dövlət postlarına irəli çəkilir, idarəetmə təkmilləşir. Parlamentin təkibinin də bu formada dəyişilməsi istənilir.
Milli Məclisin bir hissəsinin əmək qabiliyyətini böyük ölçüdə itirmiş yaşlılardan, çıxışlari ilə xalqın nifrətini qazanmış, heç nə ilə yadda qalmayan, seçicilərin bir problemini belə dilinə gətirməyən mandat daşıyıcılarından, hakimiyyətdən vurulub atılmış keçmiş oliqarxların adamlarından ibarət olduğunu nəzərə alsaq, onun tərkibinin tamamilə dəyişilməsinə ehtiyac olduğuna şübhə yeri qalmır. Zatən deputat mandatı daşıyanlar da özlərini buraxmaqla bunu təsdiqlədilər. Ancaq...
...Ancaq Madər Musayev və onun kimi çoxillik deputatların yenidən mandat sahibinə çevrilmək iddiasına düşməsi çaşqınlıq yaradır. Bunların belə “cəsarət” göstərməsini parlamenti yeniləmək istəyən siyasi hakimiyyətdən dəstək almaları ilə bağlamaq mümkün deyil. Hakimiyyətin reallaşdırdığı kurs, aparılan islahatlar siyasi elitani yeni təfəkkürlü insanlarla zənginləşdirməyi hədəfləyib. 72 yaşlı Madər Musayevin bu tələblərə uyğun olduğunu yəqin ki, heç özü də düşünmür...
Elə isə maraqlıdır, Madər Musayev və digər bu qəbildən olan insanları yenidən deputat olmağa həvəsləndirən nədir? Onlar kimə, nəyə arxayın olub yenidən mandat sahibi olmaq eşqinə düşüblər?
Məsələ ondadır ki, ictimai reputasiyası aşağı olan insanların yenidən parlamentin tərkibinə düşməsi hakimiyyətin islahatlar, siyasi elitanı yenilmək kursuna ziddir. Belə şəxslərə mandat verilməsi cəmiyyətdə islahatlara olan inamı zədələyə bilər.
Elə özünü buraxmış deputatların kütləvi şəkildə yenidən mandat almaq iddiasına düşməsində də əsas məqsədin bu olduğu istisna deyil. Yəni, mümkündür ki, biriləri böyük islahatlar paketi ilə çıxış edən və bu istiqamətdə ciddi addımlar atan siyasi hakimiyyətin fəaliyyətinə kölgə salmaq istəyir. M.Musayev kimiləri yenidən mandat iddiası ilə çıxış etməyə həvəsləndirənin də onlar olduğunu ehtimal edə bilərik.
Əks halda onların özündə cəsarət tapıb deputatlıq iddiasını dillərinə belə gətirə biləcəyi şübhə doğurur.
Bəs kim(lər)dir onlara cəsarət verən? Əlbəttə, konkret ad(lar) çəkmək çətindir. Ancaq heç şübhəsiz ki, onlar siyasi hakimiyyət mövqeyini itirmiş, islahartların dərinləşməsindən narahat olan qüvvələrdir. Hansı ki, islahatlar kursunun genişlənməsini, yeni dövrə transformasiyanı ləngitmək istəyirlər.
Görünür, hələ də ölkədə həyata keçirilən islahatların davamlı olacağına inanmayanlar, “bəlkə də (mandatı) qaytardılar” ümidi ilə yaşayanlar var...
Rasim Əliyev
AzPolitika.info
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi