Prezident dəniz təhlükəsizliyi ilə bağlı sərəncam imzaladı

img

11-09-2013 [22:00]


Prezident İlham Əliyev "Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

 Mia.az xəbərinə görə, sərəncamda deyilir ki, Azərbaycan Respublikasının dəniz təhlükəsizliyini təmin edən orqanlar öz fəaliyyətində Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyasının müddəalarını rəhbər tutsunlar.

Nazirlər Kabinetinə tapşırılıb ki, Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyasının müddəalarının yerinə yetirilməsinə nəzarəti həyata keçirsin və bu barədə mütəmadi olaraq Azərbaycan prezidentinə məlumat versin.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA