Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
23-12-2019 [00:01]
Qoç - Bir qədər gözləmək lazımdır: yeni başlanğıclar, cəsur eksperimentlər və yaradıcılıq axtarışları üçün əlverişli vaxt bir qədər sonra başlayacaq. Hələlik isə diqqətinizi darıxdırıcı, bununla belə, diqqət tələb edən cari işlərə yönəldin. İstənilən sənədin rəsmiləşdirilməsində, hesabatların hazırlanmasında səliqə lazımdır. İstənilən ehtiyatsızlıq pis hadisələrə yol aça bilər.
Buğa - Yaxınlarınızla dil tapmaq asan olmayacaq: onların susqun narazılığını, sizin plan və ideyalarınızla razılaşmamalarını hiss edəcəksiniz. İndi əsas məsələ incikliklərdən yayınmaqdır. Bütün mübahisəli məsələləri sonra həll etmək mümkün olacaq.
Əkizlər - Şəxsi həyatda isə mənfi tendensiyalar üstünlük təşkil edir. Ona görə də ehtiyatlılıq pis olmazdı. Vədlər vermək, reallaşması çətin olan hansısa planları müzakirə etmək məsləhət deyil. Əmin olmadığınız şeyləri dilə gətirməyin: sözlərinizdən sizə qarşı istifadə edə bilərlər.
Xərçəng - Maraq oyatmayan günlərdən biridir. Çox şeyə nail olmaq olar, amma siz heç nə istəmirsiniz. Yaranan imkanlara filosofcasına sakitliklə, bəzən isə açıq etinasızlıqla baxırsınız. Gününüzü az maraqlı söhbətərlə keçirəcək və daxil olan təkliflərə cavab verməyi lazım bilməyəcəksiniz.
Şir - Bu gün çoxlu imkanlar açacaq. Amma onlardan yalnız birindən istifadə etmək olar. Bir sözlə, seçim etməli olacaqsınız. Özü də seçim etmək asan deyil. Peşə sahəsindəki fikir ayrılıqlarına sakit yanaşın. Bu gün onlar yalnız normal iş prosesinin bir hissəsidir. Hətta rəhbərliklə də hansısa uzağa gedən nəticələr olmadan ürəklə mübahisə etmək olar.
Qız - Bu gün zövqünüzə uyğun olmayacaq, olduqca çoxlu çətinlik və birmənalı olmayan hadisələr gözlənilir. Eyham və üstüörtülü söhbətlərdən xoşunuz gəlməsə də, bu gün onlardan qaçmaq mümkün olmayacaq. Sizin üçün ənənəvi fəaliyyət tərzi - qarşıya çıxan hər şeyi kürüyərək irəliləmək bu gün effektsiz olacaq. Bu gün yaranan problemləri pul gücünə həll etməyə çalışmayın.
Tərəzi - Bu gün yaradıcı axtarışlar, qeyri-standart vəzifələrin həlli üçün münasibdir. Ənənəvi işlərlə qane olmayın, hətta ilk baxışda ehtiyac hiss etməsəniz belə, yeni işlərə girişin. Təhsillə məşğul olmaq olar. Sizi nəyin cəlb etməsinin fərqi yoxdur - dəqiq elmlər, xarici dillər və ya musiqi savadı.
Əqrəb - Birmənalı olmayan və dolaşıq vəziyyət yaranacaq. Ondan baş çıxarmaq gözlədiyinizdən də çətin olacaq. Ziddiyyətli məlumat alacaqsınız. Sizə faktları təhlil etmək və düzgün nəticə çıxarmaq üçün vaxt lazımdır. Köhnə işgüzar müttəfiqləriniz ümidlərinizi doğrultmayacaq. Yenilər isə özlərini yaxşı mənada göstərəcəklər.
Oxatan - Rəğbət asanlıqla yaranacaq. Çoxları təəccüblə hiss edəcəklər ki, əvvəllər ümumiyyətlə bəyənmədikləri adamlara doğru meyl edirlər. Yeni münasibətlər zəngin və parlaq olacaq, amma davamlılığı gözlənilmir.
Oğlaq - Əgər bu gün işgüzar əməkdaşlıq başlasa, uzun müddət davam edəcək və məhsuldar olacaq. Bu (daha çox davamlılıq anlamında), həyatınızı bəzəyəcək yeni romana da aiddir.
Dolça - Uğursuzluqlar vaxtı gəldi. Bu gün işləriniz gətirməyəcək. Bürcün nümayəndələri çətin vəziyyətlərə düşəcək, aşılmaz çətinliklərlə qarşılaşacaqlar. Özü də köməyə heç kim tələsməyəcək. Nədənsə hamıya elə gəlir ki, siz problemlərin öhdəsindən təkbaşına gəlməyə üstünlük verirsiniz.
Balıqlar - Çox əlverişli gündür. Gözlədiyinizdən də böyük uğurlar əldə edəcəksiniz. Yeni kəşflər, uğurlu eksperimentlər mümkündür. Yaradıcı yanaşma sizə bir çox problemlərin həllində yardım edəcək. Rəqiblərinizə isə yalnız sizin zəngin fantaziyanız və geniş dünyagörüşünüzə həsəd aparmaq qalacaq. İşgüzar müttəfiqlərinizlə nəinki dil tapa biləcək, həm də onlarda unudulmaz təəssürat yaradacaqsınız.
Milli.Az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi