"Əlbəttə, arzu edərdik ki, pozuntu halları olmasın" - MSK sədri əhaliyə müraciət etdi

img

22-12-2019 [12:46]


“Veb-kameralar məntəqə daxilində səsvermənin bütün gedişatını izləyir. Bu tələb ciddi şəkildə həyata keçirilməlidir. Hardasa bununla bağlı pozuntu halı aşkarlanarsa, bizə məlumat verməyinizi xahiş edirik”.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.

O, xatırladıb ki, hazırda 1000 məntəqədə veb-kameralar quraşdırılıb: “Sevindirici hal ondan ibarətdir ki, indiyə qədər veb-kameraların fəaliyyəti ilə bağlı heç bir problem yaranmayıb. Veb-kamera praktikasının müəllifliyi Azərbaycana məxsusdur”.

“Biz maksimum dərəcədə çalışmalıyıq ki, seçkilər zamanı pozuntu hallarına yol verilməsin”, - deyə Mərkəzi Seçki Komissiyasının sədri əlavə edib.

M.Pənahov qeyd edib ki, istənilən qanun pozuntusu ictimaiyyət tərəfindən pis qarşılanır: “Maksimum dərəcədə çalışmalıyıq ki, bu cür hallara yol verilməsin. Bütün seçkilər Seçki Məcəlləsinin tam tələbinə uyğun olmalıdır. Bizim son illərdə seçki prosesinin keçirilməsində maarifləndirmə tədbirlərinin xüsusi rolu var”.

M.Pənahov vurğulayıb ki, seçkilər kütləvi bir prosesdir: “Dünyanın heç bir yerində heç kim seçkilərdə pozuntulardan sığortalanmayıb. Əlbəttə, arzu edərdik ki, pozuntu halları olmasın. Məqsədimiz belə halları minimuma endirməkdir. Bunun üçün  daim maarifləndirmə tədbirləri həyata keçirilir”.

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA