“Azərenerji”dən oğurlanan sənədlər 140 milyonluq qalmaqalı üzə çıxardı - Beynəlxalq Bankla məhkəmə

img

11-09-2013 [19:11]



Beynəlxalq Bankla "Azərenerji” arasında cəmi 140 milyon manatlıq iki iddia üzrə məhkəmə çəkişməsi gedir. Bu fakt "Anonimous” hakerlər qrupunun "Azərenerji”nin kompüterlərindən ələ keçirdiyi sənədlərdən məlum olub.

Mia.az Virtualaz.org-a istinadən məlumat verir ki, iki subyekt arasında məhkəmə çəkişməsi hazırda davam edir. Birinci iddia Beynəlxalq Bank tərəfindən 104 milyon manat məbləğində kredit və faizlərinin geri qaytarılması üzrə qaldırılıb. Bu iddia üzrə cavabdeh tərəf "Sumqayıt REŞ” MMC və "Azərenerji” ASC-dir. İşə Sumqayıt İnzibati İqtisad Məhkəməsi baxır.

Məhkəmə borcun "Azərenerji” ASC-dən tutulması barədə qətnamə çıxarılıb. Qətnamədən apelyasiya şikayəti verilib, amma təmin olunmayıb. Kassasiya şikayəti verilib və hazırda işə baxılır.

İkinci iddia isə Beynəlxalq Bank tərəfindən "Şəki RET” MMC və "Azərenerji” ASC-yə qarşı qaldırılıb. Bank cavabdehlərdən 36,02 milyon manat məbləğində kredit və faizlərini tələb edir. İşə Şəki İnzibati İqtisad Məhkəməsi baxıb. İddia qismən təmin olunub, iş üzrə apelyasiya şikayəti verilsə də təmin olunmayıb. Cavabdeh tərəf kassasiya şikayəti verib.

Bu məhkəmə çəkişmələri "Azerenerji” hüquqşünasının 2012-2013-cü illərdə qaldırılmış məhkəmə iddiaları üzrə hazırladığı hesabatda əks olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA