Cəmil Həsənli və Eldar Namazov Londona getdi

img

11-09-2013 [18:15]


Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli və şura Aparatının rəhbəri Eldar Namazov sentyabrın 11-də Böyük Britaniya paytaxtı Londona yola düşüblər. Eldar Namazov "Media forum” saytına deyib ki, Moskvada olan Milli Şuranın sədri Rüstəm İbrahimbəyov sentyabrın 12-də Londonda olacaq.

İki gün davam edəcək səfər Milli Şuranın beynəlxalq əlaqələrinin gücləndirilməsi proqram çərçivəsində həyata keçirilir: "Proqram çərçivəsində Milli Şura sədri Rüstəm İbrahimbəyov Vaşinqtona və Brüsselə səfərlər edib. Mənim də Vaşinqtona səfərim olub. Cəmil Həsənli vahid namizəd seçiləndən sonra Avropa Birliyinə daxil olan ölkələrin, Türkiyə səfirliyinin və ATƏT-in Bakı ofisi nümayəndələrinin iştirakı ilə görüşümüz oldu. Bu, Cəmil müəllimlə tanışlıq görüşü idi, orada Milli Şuranın proqramı, məqsədi və vəzifələri haqda diplomatları məlumatlandırdıq, çoxsaylı suallara cavab verdik. İndi isə Londona səfər edirik. Çünki Böyük Britaniyanın Azərbaycanda bağlı həm siyasi, həm iqtisadi, həm də geosiyasi maraqları var. Milli Şura olaraq Azərbaycanın bütün beynəlxalq tərəfdaşları ilə sıx əməkdaşlıq etmək niyyətindəyik”.

Eldar Namazov deyib ki, səfər proqramına Britaniya Xarici İşlər Nazirliyində, Beynəlxalq İşlər üzrə Kral İnstitutunda görüşlər daxildir. Britaniya QHT-ləri və vətəndaş cəmiyyəti təmsilçiləri, parlament üzvləri, Azərbaycan və Türkiyə diasporunun nümayəndələri ilə görüş, ölkənin aparıcı media quruluşlarına müsahibələr də nəzərdə tutulur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA