Əli Əsədov Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop ilə görüşdü

img

19-12-2019 [19:20]


Dekabrın 19-da Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop ilə görüşüb.

Nazirlər Kabinetindən Mia.az-a verilən məlumata görə, görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın fəaliyyətlərinin nəticəsində böyük enerji layihələrinin uğurla həyata keçirildiyi, qarşılıqlı investisiyaların və ticarət dövriyyəsinin artdığı qeyd olunub, iqtisadi əlaqələrin daha da genişləndirilməsi ilə bağlı məqamlara toxunulub.

Söhbət zamanı əlaqələrin blokada şəraitində olan Naxçıvanın iqtisadiyyatına müsbət təsiri vurğulanıb və bu proseslərin gələcəkdə də davam edəcəyinə əminlik ifadə olunub, habelə  ikitərəfli əməkdaşlığın digər gələcək perspektivləri müzakirə edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA