GÜRCÜSTAN SERİYALI MAŞINLARA QADAĞA... - Soydaşlarımız imza topladı, İlham Əliyevə müraciət etdilər
19-12-2019 [15:19]
Gömrük Komitəsinin son qadağası Gürcüstandan Azərbaycana avtobillə gəlib-gedən soydaşlarımızı çətinliklə üz-üzə qoyub. Bu qadağa ilə bağlı "Soydaş" İctimai Birliyi və bir qrup Gürcüstan azərbaycanlıları Prezident İlham Əliyevə müraciət ediblər.
Mia.az Sozcu.info-ya istinadla həmin müraciəti təqdim edir;
Hörmətli cənab Prezident!
İlk öncə Sizə dərin hörmət və ehtiramımızı bildirir, imzaları təqdim olunan gürcüstanlı soydaşlarımız və onların yaxınlarının xoş arzularını çatdırır, bütün dünya azərbaycanlılarının lideri kimi Sizə böyük ümidlərimizin olduğunu bilmənizi istərdik.
Əminik ki, başlatdığınız geniş və məqsədyönlü islahatlar ölkəmizin növbəti inkişaf mərhələsinə uğurla qədəm qoymasına münbit şərait yaradacaqdır. Bu mühüm islahatların tərkib hissəsi kimi yeni formalaşacaq parlamentdə müzakirəyə çıxarılması nəzərdə tutulan "Soydaş Haqqında Qanun”un qəbulu həm dünyaya səpələnmiş soydaşlarımızla ölkəmiz arasında əlaqələrin möhkəmlənməsinə, həm də ölkəmizin siyasi nüfuzunun dünya miqyasənda daha da artmasına xidmət edəcəyini xüsusi vurğulamaq yerinə düşərdi.
Cənab Prezident!
Aparılan zəruri islahatlardan ilhamlanaraq, bir qrup mütərəqqi fikirli ziyalılarımızla bərabər Azərbaycan dövlətçiliyinin daha da möhkəmlənməsi yolunda Prezidentimizin istənilən çağırışına daim hazır olan bizləri də Gürcüstan əsilli soydaşlarımızı narahat edən bir problemin ədalətli həlli ümidi ilə birbaşa Sizə müraciət etməli olduq. Son zamanlarda administrativ vasitələrlə süni şəkildə yaradılmış bu problem Gürcüstan dövlət nömrə nişanlı avtomobillərin Azərbaycan ərazisində istifadə müddətinin məhdudlaşdırılması iləbağlıdır. Belə ki, digər dünya ölkələri təcrübəsindən qaynaqlanaraq soydaşlarımıza dövlətimiz tərəfindən yaradılan şəraitə əsasən, əvvəllər Gürcüstan vətəndaşları olan soydaşlarımız öz şəxsi avtomobillərini Azərbaycan Respublikası ərazisində qanunla nəzərdə tutulan bütün ödənişləri, vergi və rüsumları ödəyərək, sərhədi keçmədən bir il müddətində idarə edə bilirdilər. Ancaq son günlərdə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (DGK) həmin avtomobillərin ölkə ərazisində qalma müddətini məhdudlaşdıraraq 1 il ərzində 90 gündən artıq qalmasına qadağa qoymuşdur. Bu qərar başladılan islahatların mütərəqqi ruhuna uyğun gəlmir, köhnə üsullara və düşüncə tərzinə qayıdışa tənasübdür.
Məsələnin ölkə və milli maraqlarımıza uyğun həll olunması, Gürcüstan vətəndaşı olan hər bir soydaşımızın öz arxasında Azərbaycan Dövlətini hiss edə bilməsi və məsələ ilə bağlı çoxsaylı gürcüstanlı soydaşlarımızın narahatlıqlarının aradan qaldırılması üçün köməkliyinizi əsirgəməmənizi xahiş edir və öz növbəmizdə problemin həlli üçün aşağıdakı təklifləri edirik:
1. Problemin mütəxəssislər tərəfindən dəqiq araşdırılması məqsədi ilə aidiyyəti dövlət qurumları (DGK,DSX,DMX,DANX,BNA,DYP,Ədliyyə) nümayəndələrindən ibarət komissiya/işçi qrup yaradılsın;
2. Gürcüstan vətəndaşına məxsus avtomobil üçün ailə üzvləri istisna olmaqla, digər Azərbaycan vətəndaşlarına etibarnamə verilməsi qadağan olunsun və əvvəllər verilmiş bu növ etibarnamələr ləğv edilsin;
3. Gürcüstan vətəndaşına məxsus avtomobillə Azərbaycan Respublikası ərazisində şəhərdaxili sərnişindaşıma (taksi) fəaliyyətinə icazə verilməsin;
4. Gürcüstan vətəndaşı olan soydaşımızın yuxarıdakı bəndlərdə qeyd olunanlar tətbiq olunmaqla, sahibi olduğu avtomobili Azərbaycan Respublikası ərazisində sərhədi keçmədən 1 il ərzində idarə etmək hüququ bərpa olunsun.
Hörmətli cənab Prezident!
Fürsətdən istifadə edərək, Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə təbrik edir, ölkəmizdə həyata keçirdiyiniz islahatlarda uğurlar arzılayır, daim Azərbaycan dövlətçiliyinə sadiqliyimizi və dünya azərbaycanlılarının lideri olaraq yürütdüyünüz uğurlu daxili və xarici siyasətə dəstəyimizi ifadə edirik. Ümidvarıq ki, müraciətimizdə qeyd olunan problem Sizin köməkliyiniz və şəxsi müdaxiləniz sayəsində müsbət həllini tapacaqdır.
Dərin hörmət və ehtiramla,
"Soydaş” İctimai Birliyi və
İmzaları təqdim olunan Gürcüstan azərbaycanlıları
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi