Prezidentliyə daha 4 namizəd qeydə alındı

img

11-09-2013 [16:56]


Bu gün MSK-nın növbəti iclası keçirilib. İclasda bir sıra namizədlərin prezidentliyə namizədliyi qeydə alınıb. BAXCP sədri Qüdrət Həsənquliyevin prezidentliyə namizədliyi qeydə alınıb.

MSK katibi qeyd edib ki, BAXCP sədri Qüdrət Həsənquliyevin seçici imzalarının düzgünlüyü ilə yekun protokol tərtib olunub. İşçi qrupunun rəhbəri İlham Məmmədov bildirib ki, 885 imza vərəqələri paylanılıb. 92 dairədə imza yığılıb. Ümumilikdə 44150 imza təqdim edilib. Onlardan 40324 ədəd etibarlı, 3820 ədəd etibarsız imza aşkarlanıb.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin prezidentliyə namizədi qeydə alınıb.

İşçi Qrupunun rəhbəri İlham Məmmədov bildirib ki, 898 imza vərəqəsi paylanılıb. 82 dairədən imza yığılıb. Ümumilikdə 44900 imza toplanılıb. Onlardan 40286 ədəd etibarlı, 4614 etibarsız imza aşkarlanıb.

LDP sədri Fuad Əliyevin prezidentliyə namizədi qeydə alınmayıb.

İşçi Qrupunun rəhbəri İlham Məmmədov bildirib ki, 92 dairədən 44186 ədəd toplanlıb. Onlardan 36100 ədəd etibarlı, 8086 ədəd etibarsız imza aşkarlanıb. MSK katibi bildirib ki, qanuna əsasən 40000 dən aşağı olan yığılan imzalar olarsa, prezidentliyə namizədliyi qeydə alınmır.

ASDP həmsədriAraz Əlizadəninprezidentliyə namizədliyi qeydə alınıb.

İşçi Qrupunun rəhbəri İlham Məmmədov bildirib ki, 891 ədəd imza vərəqəsi təqdim edilib. İmzalar 73 dairənin ərazisindən yığılıb. Ümumilikdə 44550 imza toplanılıb . Onlardan 40275 ədəd etibarlı, 4275 ədəd isə etibarsız imza aşkarlanıb.

MDHP sədriFərəc Quliyevinprezidentliyə namizədliyi qeydə alınıb.

İşçi Qrupunun rəhbəri İlham Məmmədov bildirib ki 869 imza vərəqəsi verilib. Ümumilkdə 45333 imza toplanlıb. Onlardan 40172 ədəd etibarlı, 3161 ədəd isə etibarsız imza aşkarlanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA