Prezidentliyə namizədlərin gəlirləri açıqlandı- SİYAHI

img

11-09-2013 [14:58]


Seçki Məcəlləsinə uyğun olaraq, prezidentliyə namizədliyi qeydə alınmış şəxslər daşınmaz əmlakı və son bir ildə əldə etdiyi gəlirlər barədə Mərkəzi Seçki Komissiyasına (MSK) arayış təqdim etməlidirlər.

Mərkəzi Seçki Komissiyasından verilən məlumatda deyilir ki, Seçki Məcəlləsinin tələbləri namizədlərin daşınmaz əmlak və gəlirləri barədə təqdim etdiyi arayışın ictimaiyyətə açıqlanmasına izn vermir. MSK-dan bildirilib ki, bunu yalnız həmin şəxslərin özləri ictimaiyyətə açıqlaya bilərlər.

Modern.az saytı prezidentliyə namizədliyi irəli sürülən şəxslərin özlərindən daşınmaz əmlak və son biri ildə qazandıqları gəlirlər barədə məlumat istəyib.

Millət vəkili, prezidentliyə namizədliyi rəsmən qeydə alınmış Zahid Oruc deyir ki, şəxsi əmlakı barədə arayışda aşağıdakı məlumatları yerləşdirib:
Paytaxtın Nizami küçəsi-96 ünvanında yerləşən, sahəsi 158 kv/m olan 3 otaqlı mənzil, Ələt qəsəbəsində bağ evi, Lahıcda (İsmayıllı rayonu) 25 sot torpaq sahəsi, şəxsi minik maşını.

Z. Oruc illik gəliri barədə də MSK-ya məlumat verib. "Parlamentdən əldə etdiyim 1800 manat əməkhaqqının 1200 manata qədəri məvacibim, yerdə qalan hissəsi isə müavinətimdir. Bunun bir ilə vurulması nəticəsində çıxarılan rəqəm bir illik dövrdə gəlirimizi təşkil edir. Eyni zamanda elmi işçi olduğum üçün əməkhaqqı alıram. AMEA-nın Fizika İnstitutunda dörddə bir ştatla aldığım illik məvacib 657 manatdır. Biznes-kommersiya fəaliyyətim yoxdur”.

Azərbaycan Demokrat Partiyasından (ADP) prezidentliyə namizədliyini irəli sürənSərdar Cəlaloğluda öz əmlakı barədə MSK-ya məlumat verib. Belə ki, o şəxsi maşını, evi və bankda depozitinin olması ilə bağlı siyahını MSK-ya təqdim edib.

Azadlıq Partiyasının sədri, prezidentliyə namizədliyi irəli sürülmüşƏhməd Orucisə öz adına heç bir əmlakın olmadığını deyir. "Maşını etibarnamə ilə sürürəm. Evimin şəhadətnaməsi yoxdur. Uzun illərdir ki, bu sənədi ala bilmirəm. Bağıma da sənəd vermirlər. MSK-ya da heç bir mülkümün olmadığı ilə bağlı məlumat vermişəm. Çünki təqdim olunan siyahıda sənədi olan mülkiyyətdən söhbət gedir”.

Prezidentliyə namizədliyi Ədalət Partiyasından irəli sürülmüşİlyas İsmayılovisə nədənsə öz əmlakı barədə məlumat verməkdən çəkindi. "Bu barədə MSK-ya məlumat vermişəm. Nə lazımdırsa, oradan götürə bilərsiniz”.

Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri, namizədliyi irəli sürülmüşAraz Əlizadəisə 5 maşını və evi barədə MSK-ya məlumat verib.

"Mənim adıma 5 maşın olub. Onlardan 4-ü mənim deyil. Vəkalətnamə ilə satdığım maşınlardır ki, mənim adımdan çıxartmayıblar. Əmlakımın digəri isə mənzilimdir. Bütün bunlar barədə MSK-ya məlumat vermişəm”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA