CAVİD QURBANOV DÖVLƏT VƏ MİLLƏTİ ALDATDI: Türkmənistandan da geridəyik - Rəsmi rəqəmlər belə deyir
18-12-2019 [20:23]
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (ADY QSC) sədri Cavid Qurbanov rəhbərlik etdiyi qurumun keçmiş sovet ölkələri arasında lider olduğunu deyib: “Bir neçə il bundan əvvəl Azərbaycan dəmir yolu təsərrüfatının inkişafına görə, MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurasında sonuncu yerdə idi, bu il isə birincidir”(Mənbə: report.az).
Mia.az xəbər verir ki, “Fakt Yoxla” Cavid Qurbanovun dediklərinin doğru olub-olmadığını yoxlayıb.
“ADY” QSC 1992-ci ildən MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurasının üzvüdür. Bu qurumun fəaliyyəti əsasən keçmiş Sovet ölkələri arasında sərnişin və yük daşımalarını həyata keçirməkdir.
Cavid Qurbanovun səhmdar cəmiyyətin sədri təyin olunduğu 2015-ci ildə Şura üzvlərinin bir-birləri qarşısında əməliyyat fəaliyyəti borcu 48 mln. İsveçrə frank təşkil edib. Bu borcun 29,6 mln. frankı (61,6%-i) “ADY” QSC-nin payına düşüb. 2014-cü ildə bu göstərici 41,4 % olub.
Amma 2019-cu ilin birinci rübünün nəticələrinə görə, səhmdar cəmiyyət debitor borclarını tam olaraq ödəyib. Sonrakı illər ərzində borc gösəricisi aşağıdakı cədvəldə olduğu kimi, dəyişib.
| MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurası
(mln. İsveçrə frankı) |
|||
| il | ümumi borc | “ADY”QSC-nin borcu | “ADY”QSC-nin borcu (%-lə) |
| 2014 | 33,3 | 13,8 | 41,4 |
| 2015 | 48 | 29,6 | 61,6 |
| 2016 | 36,7 | 23,9 | 65,1 |
| 2017 | 20,8 | 9,1 | 43,8 |
| 2018 | 4,8 | 0 | 0 |
| 2019 | 8,2 | 0 | 0 |
2019-cu ilin ilk 9 ayı ərzində Şuraya üzv olan dövlətlərin dəmir yolu administrasiyaları 1,5 mlrd. ton yük daşıyıb. Bu öhdəliyin 19,6 %-i “ADY” QSC-nin üzərinə düşüb. Hesabatda qeyd olunur ki, ötən illə müqayisədə Azərbaycanda yüklərin yüklənməsi normasında 8% azalma qeydə alınıb.
| “Azərbaycan Dəmir Yolları” QSC
Yüklərin yüklənməsi |
|
| il | % |
| 2014 | +8,7 |
| 2015 | +9,4 |
| 2016 | +24 |
| 2017 | +17,1 |
| 2018 | +20,5 |
| 2019 | +19,6 |
Azərbaycan üzrə sərnişin qatarlarının hərəkət qrafikində ən çox geriləmə 4,9% olmaqla 2014-cü ildə qeydə alınıb. 2015-ci ildə bu qatarların yola çıxışında 2,2 %, yolda hərəkətində 0,6% və çatma qrafikində 6,4% geriləmə baş verib.
2019-cu ilin ilk doqquz ayı ərzində Şura üzvü olan dəmir yolu qurumları 12,4 mln. sərnişin daşıyıb. Amma bu göstəriciyə Ermənistan və Türkmənistan üzrə sərnişin daşımaları daxil deyil.
Bu il “ADY” QSC Şura qarşısında götürdüyü öhdəlikləri yerinə yetirib. Amma bu Azərbaycanın 1-ci yerdə oması mənasına gəlmir. Misal üçün, bu il Azərbaycan üzrə yüklərin yüklənməsi göstəricisi 19,6%, Türkmənistan üzrə 37,6% olub. Hesabatda Azərbaycanın bu öhdəliyi yerinə yetirməkdə 8 % gerilədiyi qeyd olunur.
Bununla belə, Şura görülən işlərə dair reytinq açıqlamır. Ölkələr qarşısında qarşılıqlı razılaşma əsasında həyata keçirilən yükləmələr və daşımalarla bağlı öhdəliklər qoyulur və protokollarda dəmir yolu administrasiyalarının bu öhdəliklərə nə dərəcədə əməl etdiyi qeyd edilir.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Cavid Qurbanovun açıqlaması faktlarla manipulyasiyadır.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi