"Aprel döyüşləri"ni Rusiya başlatdı, məqsəd Azərbaycanı... - Paşinyandan şok iddialar

img

18-12-2019 [10:21]


Ermənistanın “Fakt” qazeti ölkə parlamentində fəaliyyət göstərən və Aprel döyüşlərində Ermənistan ordusunun məğlubiyyətini araşdıran dövlət komissiyasının işi ilə bağlı sensasion məlumat yayıb.

Məlumatda Baş nazir Nikol Paşinyanın komissiyanın növbəti iclaslarından birində Aprel savaşı ilə bağlı dinləmələrdə iştirakı gözlənilir.

Nəşrin dövlət strukturlarında çalışan etibarlı mənbələrə istinadən verdiyi məlumata əsasən, Paşinyan artıq bu məsələ ilə bağlı bir dəfə fikir bildirib.

“Aprel savaşı Rusiyanın əli ilə baş tutub. Moskva buna Azərbaycanı KTMT-ya gətirmək üçün əl atıb. Aprel savaşının günahkarı Kremldir”, - deyə Paşinyan qeyd edib. 

Məlumatda həmçinin bildirilib ki, komissiyanın növbəti iclaslarına ifadə vermək üçün Serj Sərkisyan, Yuri Xaçaturov və Aykaz Baqmanyan da dəvət ediləcək/axar.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA