Zelenski Bakıda mühafizəsiz mağazada - Uşaqlarına hədiyyə alıb + FOTO

img

17-12-2019 [18:47]


Bakıda səfərdə olan Ukrayna prezidenti Vladimir Zelenski uşaqlarına oyuncaq almaq üçün mühafizəçilərin müşaiyəti olmadan oyuncaq mağazasına gedib.

Virtualaz.org xəbər verir ki, bu barədə foto zelenskiy.office İnstagram səhifəsində yer alır.

Qeyd olunur ki, Ukrayna dövlətinin başçısı Bakıdakı “Oyuncaq evi” mağazasına daxil olub və uşaqlarına hədiyyə alıb.

“Qeyri-adi heç nə yoxdur. Sadəcə olaraq Ukrayna prezidenti oyuncaq evində öz uşaqlarına hədiyyə seçir. Onlarla mühafizəçi, müşaiyət edənlər və digər atributlar olmadan...”, - fotoya yazılan şərhdə deyilir.

Qeyd edək ki, Zelenskinin Bakıda rəsmi proqramı artıq başa çatıb, Ukrayna prezidentinin bu saatlarda öz ölkəsinə yola düşəcəyi gözlənilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA