DYP rəisi həm özünü, həm də idarəni biabır edən məktub yazdı...

img

10-09-2013 [18:01]



Bakının Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsindən sürücüyə qəribə məktub gəlib. 

Musavat.com-un məlumatına görə, məktubun surəti sosial şəbəkələrdə yayılıb. Məktubda deyilir ki, Bakı-Qazax magistralının 210-cu kilometrliyində "Nissan” markalı avtomobil sürət həddi 90 km/c olan ərazidə 76 km/s sürətlə idarə edilib. Buna görə də sənədlər Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinə göndərilib. Şöbənin rəisi Taləddin Axundovun imzaladığı məktubda sürücüdən avtomaşının sənədləri ilə birlikdə qısa müddət ərzində DYPŞ-yə getmək tələb olunur.

Yeri gəlmişkən, bir neşə il əvvəl həyata keçirilən dəyişikliyə görə, qayda pozuntularını və cərimələri tənzimləmək üçün Bakı Şəhər Dövlət Yol Polis İdarəsində mərkəzləşdirilimiş sistem yaradılıb. Sistemə görə, qayda pozuntuları və cərimələrlə bağlı sürücülərin ünvanına yalnız Bakı Dövlət Yol Polis İdarisi tərəfindən müvafiq məktub göndərilir və cərimənin müəyyən vaxt ərzində ödənilməsi istənilir.  Elə isə Nəsimi rayon yol polisinin rəisi hansı anlama gəlir? Yəqin buna da Daxili İşlər Nazirliyi aydınlıq gətirəcək.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA