Prezident hava limanının açılışını etdi

img

10-09-2013 [16:46]


 
Azərbaycan prezidenti İlham Əliyev Yevlax şəhərində yeni hava limanının açılışında iştirak edib. Prezident əvvəlcə şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

ANS PRESS-in xəbərinə görə, rayon ictimaiyyəti adından çıxış edən Şahin Kərimov Prezident İlham Əliyevə Yevlaxın inkişafına verdiyi dəstəyə görə təşəkkür edib.

Gənclər adından çıxış edən Əli Quliyev isə ölkəmizdə yürüdülən gənclər siyasətinə verdiyi töhfəyə görə dövlət başçısına minnətdarlığını bildirib.

Daha sonra İlham Əliyev hava limanının rəmzi açılışını bildirən lenti kəsib.

Dövlət başçısı Yevlax hava limanının planını əks etdirən stendə baxıb.

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov məlumat verib ki, Yevlax hava limanı istismar olunduğu dövrdə öz inkişafının iki böyük mərhələsini yaşayıb. Birinci mərhələ 1978-1980-ci illərdə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə respublikanın fəal aerofikasiyasının aparıldığı dövrə təsadüf edir. Bu dövrdə hava limanının fəaliyyəti təkmilləşdirilmiş, kənd təsərrüfatı aviasiyasının təmin edilməsi üçün baza yaradılmışdı.

Bu çərçivədə uzunluğu 1600, eni 35 metr olan uçuş-enmə zolağı yenidən qurulub. Uçuş-enmə zolağı işıq-siqnal sistemi ilə təchiz edilib, uzaq və yaxın ötürücülər, radiomayak, pelenqator və dispetçer radiolokatoru quraşdırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA