Əli Əhmədov İlham Əliyevin seçki qərargahının rəhbəri oldu

img

10-09-2013 [16:21]


"Yeni Azərbaycan Partiyası özü seçki qərargahıdır. Seçki qərargahına rəhbərliyi də partiya özü edir”.

Mia.az xəbər verir ki, bunu Modern.az saytına açıqlamasında YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov seçki kampaniyası ilə bağlı görülən işlər və namizədin seçki ofisinin yaradılmasından danışarkən deyib.

O bildirib ki, prezidentin səlahiyyətli nümayəndəsi kimi MSK-ya verilən və digər sənədlərə YAP-ın sədr müavini, partiyanın icra katibi Əli Əhmədov imza atır. 

"Əli Əhmədov ümumi işə rəhbərlik edir. Partiyanın strukturu, icra aparatı, seçki qərargahı əvvəlki qaydada öz işini davam etdirir”, - deyə YAP funksioneri qeyd edib.



41

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA