Hacıbala Abutalıbov daha bir qalmaqal yaratdı - Məhkəmə

img

10-09-2013 [15:12]



 Bakı Şəhər İcra Hakimiyyətinin Sabunçu rayonu ərazisində Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) balansında olan ərazi üzrə sərəncam verməsi, qarşı tərəfin məhkəməyə müraciət etməsinə səbəb olub.

 Bu barədə mia.az-a daxil olan məlumata görə, ARDNŞ tərəfindən qaldırılan iddia ərizəsində Bakı Şəhər İcra Hakimiyyəti ilə yanaşı, Sabunçu Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində məhkəməyə cəlb olunub: «ARDNŞ meriyanın rayon icra hakimiyyətinin razılığı ilə verdiyi sərəncam qərarların ləğvini tələb edir. Bir neçə gün əvvəl isə ARDNŞ-in iddiası üzrə Bakı Apellyasiya Məhkəməsində növbəti proses keçirilib».

Mia.az-ın xəbərinə görə, bir neşə gün öncə sözügedən məhkəmədə hakim Mirzə Tağızadənin sədrliyi ilə keçirilən prosesdə yeni qərar açıqlanıb: «Hakim Mirzə Tağızadə işə yenidən birinci məhkəmə instansiyasında baxılması haqda qərar verdi. Yəni 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv olunaraq, iş ərazi aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibatiqtisadi Məhkəməsinə göndərildi. Bu isə onu göstərir ki, yaxın həftələrdə ARDNŞ- iki icra strukturu arasında yeni qalmaqala start veriləcək».

/span. span lang="EN-US" style="font-size:16.0pt"

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA