Zəlimxan Yaqubun əməliyyatı üçün donor tapılmır: “Bilirsiniz, nələr etmişəm?!"

img

10-09-2013 [14:18]


"Mənim nə vaxt əməliyyat olunacağım hələ bilinmir. Donor yoxdur. Bəlkə də əməliyyat olmadım”. 

Bu sözləri AzNews.az-a açıqlamasında xalq şairi Zəlimxan Yaqub deyib. O, ötən il böyrəklərinin əməliyyatla çıxarılmasından sonra səhhətinin indiki vəziyyətilə ilə bağlı məlumat verib. 

Z.Yaqubun sözlərinə görə, ötən il əməliyyat olunduqda bir il sonra yenidən əməliyyat edilərək, böyrək köçürüləcəyi bildirilsə də, həkimlər nəzərdə tutulan əməliyyata icazə vermir: "Həkimlər deyir olmaz, səhhətində problem var, daha sonra yenidən baxarıq. Oktyabrın ortalarında məhz bu məqsədlə yenidən xaricə gedəcəyəm. Həkimlərlə mütəmadi əlaqə saxlayıram. Gərək bir az özümü qoruyam”.

Xalq şairi onu da bildirib ki, səhhətində problemlər yaransa da, bu, onun yaradıcılığa mənfi təsir göstərməyib: "Bilirsiniz, nələr etmişəm?! Yaradıcılığım çox yüksək səviyyədə davam edir. Yaxın günlərdə mətbuatı izləyin”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA