10-09-2013 [13:07]
Bir qrup tanınmış hüquqşünas Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyinə namizədi Cəmil Həsənli ilə bağlı bəyanat veriblər.
Bəyanatda deyilir:
"Hal-hazırda Azərbaycan Respublikasının siyası həyatında mühüm bir tarixi hadisəni yaşayırıq. Azərbaycan Respublikasının Konstitusiyası ilə hakimiyyətin mənbəyi olan Xalqımız növbəti 5 il üçün Azərbaycan Respublikasının Prezidentini seçməlidir. Seçki marafonu başlamış, Prezidentliyə namizədlər irəli sürülmüşdür. Onların sırasında müxalif yönlü siyasi partiyaların, təşkilatların, hərəkatların, forumların mütləq əksəriyyətini təmsil edən Demokratik Qüvvələrin Milli Şurasının namizədi, xalq tərəfindən namizədliyi rəğbətlə qarşılanan tarix elmləri doktoru, professor Cəmil Həsənli də vardır. C.Həsənli Azərbaycanda və beynəlxalq səviyyədə uzun illərdir ki, nüfuzlu siyasi xadim, görkəmli alim kimi tanınır. Onun istər kənd müəllimi, istər universitet professoru, istərsə də Azərbaycan Respublikasının Milli Məclisinin üzvü olduğu zamanlarda fəaliyyəti bizə belə deməyə tam əsas verir ki, Cəmil müəllim harada çalışmasından asılı olmayaraq daim xalqının yanında olmuş, daşıdığı yüksək insani və əxlaqi keyfiyyətlərə görə sadə xalq kütlələri arasında böyük rəğbət qazanmışdır.
Son iyirmi ildə Azərbaycanda baş verən qanunsuzlıqlar, oturuşmuş korrupsiya, rüşvət mexanizmi, insan hüquqlarının ardıcıl pozulmasının dövlət siyasətinə çevrilməsi, ölkəmizin işğalda olan ərazi sayağı idarəçiliyi kimi hallar daim Cəmil Həsənlinin mübarizə hədəfi olmuş, bu prosesdə o, cəmiyətimizin inkişafına mane olan hazırkı rejimin avtoritar siyasətinə qarşı əsl vətandaş, ziyalı mövqeyi nümayiş etdirmişdir.
Biz, bu bəyanatı imzalayan müstəqil hüquşünaslar Demokratik Qüvvələrin Milli Şurasının Azərbaycan Respublikası Prezidentliyinə namizədi Cəmil Poladxan oğlu Həsənlini xalqın etimadını doğruldacaq şəxs kimi tam dəstəkləyir, seçki prosesində, eləcə də seçkilərdən sonra ona zəruri hüquqi dəstək göstərməyi özümüzə şərəfli borc hesab edirik”.
1) Mətləb Mütəllimli,
2) Vidadi Mirkamal,
3) Ənnağı Hacıbəyli,
4) Sədiyar Zeynalov,
5) Aslan İsmayılov,
6) Namizəd Səfərov,
7) Vidadi İskəndərli,
8) Qurban Məmmədov,
9) Ataxan Əbilov,
10) Əlövsət Əliyev
11) Samir İsayev,
12) Tofik Ağacanov,
13) Elşad Abdullayev,
14) Cəmal Əhmədov,
15) Eldar Qurbanov,
16) Mənsur Bayramov
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi