Əli Abbasov bu gün Çin Xalq Respublikasına səfərə gedir

img

10-09-2013 [12:05]


Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bu gün Çin Xalq Respublikasına gedəcək. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Əli Abbasov Dünya İqtisadi Forumunun 10-13 sentyabr tarixlərində Çin Xalq Respublikasının Dalian şəhərində keçiriləcək illik "Yay Davosu” Forumunda iştirak edəcək.

Nazir Əli Abbasov Forum çərçivəsində keçiriləcək "Rəqəmli İqtisadiyyatı Qorumalı”, "22-ci Əsrin İpək Yolunu Yenidən Kəşf Edərkən” mövzularında keçiriləcək sessiyalarda məruzəçi qismində, "İqtisadi Artım üçün Yeni Sərhədlərin Yaradılması” mövzusunda keçiriləcək xüsusi iclasda və digər sessiyalarda iştirak edəcək, həmçinin bir sıra ölkələrin sahə nazirləri, informasiya texnologiyaları şirkətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA