İran prezidentinin memuarı: "Xam və bişməmiş adamlardır" - Elçibəy, Rəsul Quliyev, Pənah Hüceyn haqda tarixi açıqlamalar
06-12-2019 [16:11]
Əziz Rzazadə
Strateq.az
***
İranın sabiq prezidenti mərhum Haşimi Rəfsəncaninin gündəlik qeydlərinin daha bir hissəsini təqdim edirəm.
23 oktyabr 1992-ci il
Saat 8-də ofisimə gəldim. Səhər saat 9-da İranın Azərbaycan Respublikasındakı mədəniyyət müşaviri cənab Seyyid Əli Əkbər Ocaqnejad gəldi. Azərbaycandakı təlim-tədris mədrəsəsinin işi haqqında hesabat verdi. Onların Qumda 100, Ərdəbildə isə 40 tələbəsi var. Birinci ildə 20 milyon tümən alıblar və indi vəsaitin digər hissəsi üçün gəlib.
15 noyabr 1992-ci il
Kəşfiyyat Nazirliyindən cənab Mustafa Purməhəmmədi gəldi. Türkiyə və Azərbaycan casuslarının İrandakı fəaliyyəti barədə məlumat verdi. PKK və İraq kürdləri, habelə "İrlandiya ordusu" haqqında məruzə etdi. Bosniya və Tacikistan müsəlmanlarına kömək etməyə icazə verdim.
(?) 1993-cü il
Cənab Seyyid Əli Əkbər Ocaqinejad gəldi. Keçmiş Sovet Azərbaycandakı Mədəniyyət Mərkəzi barədə məruzə və maliyyə tələb etdi...
12 aprel 1993-cü il
Azandan əvvəl, sübh tezdən oyandım və bir daha yatmadım. Səhər 10-a qədər işlərimi gördüm və hesabatları oxudum. Azərbaycan Prezidentinin dövlət katibi cənab Pənah Hüseynov gəldi. Prezidentlərinin məktubunu gətirmişdi. Doktor Həbibi əvvəlcədən danışıqlara dair qısa hesabat vermişdi. Ermənistana son məğlubiyyətlərdən sonra çox narahatdırlar. Zəif mövqedə ola-ola hərbi, siyasi və azuqə yardımı tələb və eyni zamanda, Xalq Cəbhəsinin anti-İran mövqeyini də etiraf edirlər. Xam və bişməmiş adamlardır. Həm kömək vədi verdim, həm də daxili ittifaq barədə nəsihət.
15 iyun 1993-cü il
Hesabatlarda Azərbaycandakı qiyamçı qüvvələrin Bakıya doğru irəliləməsinə və Somalidə münaqişənin kəskinləşməsinə işarə edilir...
19 iyun 1993-cü il
Elçibəyin Azərbaycandan (Bakıdan - Ə.R.) qaçması mühüm məsələdir. Ta səhər saat 10-dan iş başındaydım. Cənab Vaezi telefonla zəng edib bildirdi: Heydər Əliyev Ermənistana çağırış edib ki, Azərbaycanda yaranmış vəziyyəti Qarabağda özləri üçün fürsət kimi sui-istifadə etməsinlər, amma onlar (ermənilər - Ə.R.) çağırışı qəbul etməyiblər.
19 avqust 1993-cü il
Əfqanıstanın baş naziri cənab Gülbəddin Hikmətyar gəldi. O, mülki və siyasi işlərdə kömək göstərilməsini, ölkənin müxtəlif işləri üçün ixtisaslaşdırılmış kadrların hazırlanmasını xahiş etdi. Xüsusən, əfqan döyüşçülərinin Azərbaycana yardım üçün göndərilməsini və daha çox da Tacikistanda milli birlik hökumətini yaratmaq üçün səyləri artırmağa çağırdı. Dedi ki, general Əbdülrəşid Dostum Qərb tərəfindən dəstəklənir və ölkəni işğal etməyə hazırlaşır; Əhməd Şah Məsuda da inamsızlığını ifadə etdi.
15 oktyabr 1993-cü il
Qızıl Aypara Təşkilatının rəhbəri doktor Seyfullah Vəhid Dəstcerdi gəldi. Məruzədə Dağlıq Qarabağ müharibəsi qaçqınları üçün Azərbaycan ərazisində bir düşərgənin qurulması, habelə Hindistan, Gürcüstan, Tacikistan və Livan xalqlarına yardım göstərildiyi bildirilirdi.
...Evə özümlə çoxlu hesabatlar aparmışdım, bütün vaxtımı aldılar. Orta Asiya və Qafqaza səyahət proqramını oxudum. Doktor Vilayəti telefonla məlumat verdi ki, Azərbaycan prezidenti Heydər Əliyev mənim də bu səfərə çıxmağıma təkid edir. Qəbul etdim.
27 noyabr 1993-cü il
Bu gün yağış yağdı. Səhər saat 9 idi. "Qüds" Qüvvələrinin komandanı cənab Əhməd Vahidi və yoldaşları gəldi. "Sepah"dan cənab Qaaninin Azərbaycan Respublikasına səfəri barədə məlumat verir, hərbi hazırlıq, tədarük və təşkil təmin edir. Bakı yaxınlığında qarnizonumuz var. Bosniyanın Xorvatiya ilə raket sövdələşməsinə verdiyi yardım, cənab İzzetbeqoviçin xahişi ilə onlardan silah əldə etmə, habelə azərbaycanlıların və ermənilərin razılığı ilə Mil-Muğan və Xudafərin anbarlarının qorunması məsələsini müzakirə etdik.
5 dekabr 1993-cü il
Sonra Azərbaycan Milli Məclisi sədri Rəsul Quliyev və xarici işlər naziri cənab Həsənovla birlikdə gəldi. Siyasətlərinə dair açıqlama verdi: gələcəkdə Azərbaycanın bir hissəsini kütləvi şəkildə ermənilərdən geri alacaq, sonra güc mövqeyindən sülh müzakirəsi aparmaq və Qarabağın onlara məxsus olduğunu qəbul etdirmək istəyirlər. Bizdən silah-sursat, yol, təbliğat, habelə siyasi və kəşfiyyat sahəsində kömək istədilər.
5 iyun 1994-cü il
Aşqabad sammiti ərəfəsində Azərbaycan və Ermənistan prezidentləri arasındakı danışıqlar barədə məlumat gəldi.
Strateq.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi