“Əgər biz Qarabağ münaqişəsini həll etmək istəyiriksə..." - ATƏT sədrindən təklif

img

05-12-2019 [13:54]


"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətin eskalasiyası üçün real risk mövcuddur”.

Bunu Slovakiyanın Xarici İşlər və Avropa məsələləri üzrə naziri, ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak Bratislavada ATƏT Nazirlər Şurasının 26-cı iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Slovakiya il boyu ATƏT-in Minsk qrupu prosesi çərçivəsində etimadın qurulması, gərginliyin azaldılması və dialoqu davam etdirmək istiqamətində işlər görüb.

"Əgər biz münaqişələri həll etmək istəyiriksə, əvvəlcədən etimad qurma və təhlükəsizlik mühiti yaratma tədbirlərindən başlamalıyıq”, - deyə ATƏT sədri vurğulayıb.

Layçak ölkəsinin ATƏT-ə inandığını və bu qurumun regionu hələ də təhlükəsiz bölgəyə çevirə biləcəyini qeyd edib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA