Prezidentin qəbulununda zəlzələ oldu - VİDEO

img

09-09-2013 [21:27]


Bakıda keçirilən iclasda iştirak edən MDB ölkələrinin Sərhəd Qoşunlarının komandanları prezident İlham Əliyevin qəbulunda olublar. Anspress-in məlumatına görə, görüş gedərkən səhər saatlarında Bakıda baş verən zəlzələ hiss edilib. Dövlət başçısının hadisəyə soyuqqanlı və təmkinli yanaşması diqqət çəkən məqam olub.

Qeyd edək ki, bu gün Bakıda MDB ölkələri Sərhəd Qoşunları komandanları şurasının 70-ci iclası keçirilir. İclasın gündəliyinə 7 məsələ daxil edilib. Bu məsələlər arasında 2014-cü ildə MDB ölkələrinin xarici sərhədlərinin, o cümlədən mərkəzi Asiya regionu və Xəzər hövzəsində xarici sərhədlərin təhlükəsizliyinin təmin olunması da var.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA