Mobil telefonlar və sosial media hindu-müsəlman davası saldı - 28 ölü

img

09-09-2013 [16:32]


Hindistanın şimalındakı Muzaffarnaqarda hindular və müsəlmanlar arasında çıxan qarşıdurmada 28 adam həyatını itirib.

ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Hindistan polisi, Uttar Pradeş əyalətindəki Muzeffarnaqarı əhatə edən kəndlərdə həftə sonu qarşıdurmaların çıxdığını bildirib. Nəticədə 28 adamın həyatını itirdiyi, hadisələrin ardından bəzi şəxslərin isə itkin olduğu məlumatı verilib.


Hind polisləri yayılan söz-söhbətlərin şiddətinin artmasına əsas səbəbin mobil telefonlar və sosial mediaların olduğunu deyib. Qarşıdurmaların ardından bölgədə küçəyə çıxma qadağası elan edilib.

Əsgərlərin evlərdə silah axtarışı etdiyi və bu gün Muzaffernaqardaki iş yeri və məktəblərin bağlı olacağı ifadə edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA