03-12-2019 [19:14]
Prezident İlham Əliyev dekabrın 3-də Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Haulin Jaonu qəbul edib.
Mia.az Azərtac-a istinadla xəbər verir ki, görüşdən məmnunluğunu ifadə edən Baş katib Haulin Jao deyib:
- Siz mənim indiyədək dünyada ən çox görüşdüyüm Prezidentsiniz. "Bakutel” sərgisi hər il keçirilən tədbirdir. Bu il 25-ci ildönümünü qeyd edir.
Prezident İlham Əliyev: Bəli, doğrudur.
Haulin Jao: Həmçinin bu, indiyədək ən çox ziyarət etdiyim tədbirdir.
Prezident İlham Əliyev: Bu, bizim əməkdaşlığımızın yaxşı göstəricisidir və Azərbaycanın İKT sektorunun inkişafına verdiyi önəmi əks etdirir. Əlbəttə, sizin şəxsən sərgidə iştirakınız çox vacibdir. Çünki bu, Beynəlxalq Telekommunikasiya İttifaqı üçün tədbirin əhəmiyyətli olduğunu göstərir. Biz, həmçinin bunu sözügedən sektorda gördüyümüz işlərə verilən qiymətin göstəricisi hesab edirik. Qeyd etdiyiniz kimi, bu, 25-ci sərgidir. İldən-ilə marağın artdığını görürük. Əslində, bu sərgi zamanı cari ildə əldə etdiyimiz nailiyyətlər barədə də danışa bilərik. Düşünürəm ki, biz İKT sektorunda çox yaxşı inkişafa nail olmuşuq və bu sektor bizim ölkənin əsas prioritetlərindən biri olaraq qalır. Çünki o, çoxlu yeni ideyalar yaradır, yeni texnologiyalar gətirir, ölkəmizi müasirləşdirməyə yardım edir.
Azərbaycan hazırda çox aktiv islahatlar mərhələsindədir. Struktur islahatları, siyasi inkişafla, şəffaflıqla bağlı islahatlar. Biz çox yaxşı nəticələr görürük. Azərbaycan çox sabit ölkədir və əhalinin böyük əksəriyyəti siyasətimizi dəstəkləyir. Bu, güclü siyasi iradənin nümayişinə, həmçinin iqtisadi və sosial həyatdakı böyük nailiyyətlərə əsaslanır. Cari il də bu baxımdan çox nəzərəçarpan olub. İnsanların gündəlik həyat şəraitinin yaxşılaşdırılması, sosial proqramların həyata keçirilməsi, maaş və təqaüdlərin artırılması - bütün bunların hamısı, təbii ki, bizim inkişafımızın göstəricisidir. Əlbəttə, iqtisadiyyatın əsas aparıcı qüvvəsi kimi İKT sektoru da qarşıdan gələn illərdə çox vacib rol oynayacaq. Bu sektorun inkişafı bizə islahatlarda daha çox səmərə əldə etməyə kömək edəcək. Təbii ki, bizim ölkəmizə göstərdiyiniz diqqətə görə sizə şəxsən təşəkkür etmək istəyirəm. Şadam ki, hər il bu sərgidə bizi ziyarət edirsiniz. Bunun sayəsində biz çox səmərəli əməkdaşlıq qura bilmişik. Beləliklə, mən sizə minnətdaram və Bakıda xoş vaxt keçirməyinizi arzu edirəm.
Haulin Jao: Çox sağ olun, cənab Prezident. Bəli, doğrudan da, mən Azərbaycanda İKT-nin sürətlə inkişaf etdiyini görürəm. Bütün digər ekosistemləri əhatə etmək üçün çoxlu yeni İKT tətbiqləri artıq var və onlar bütün ekosistemlər üzrə geniş yayılıb. Təkcə bu il "Bakutel”də nəinki daha çoxsaylı ölkələrin iştirak etdiyini, həmçinin çoxlu yeni məhsulları və yeni tətbiqləri görürəm. Məsələn, mən sərgidə gördüm ki, "məlumatların böyük həcmi” haqqında geniş söhbət gedirdi, süni intellekt məhsulları haqqında çoxlu danışdılar. Bunlar bir-birindən fərqlənir. Həmçinin bu gün buraya gəlməzdən əvvəl mən gənclərin hazırladıqları stendlərlə tanış oldum. Onlarla müəyyən ünsiyyətim oldu və bu uşaqların çox istedadlı olduqlarını aşkar etdim.
Sonda xatirə şəkli çəkdirilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi