02-12-2019 [16:19]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Dilarə Seyidzadəyə "Şərəf” ordenini təqdim edib.
Mia.az Azərtac-a istinadla xəbər verir ki, Prezident İlham Əliyev deyib:
- Hörmətli Dilarə xanım, bildiyiniz kimi, keçən həftənin sonunda Prezident Administrasiyasının yeni strukturu təsdiq edildi. Bu struktura görə, uzun illər rəhbərlik etdiyiniz katiblik, bir neçə şöbə ləğv olundu və bir neçə yeni şöbə yaradıldı. Bu, təbii prosesdir. Çünki ölkəmizin hər yerində islahatlar aparılır, o cümlədən struktur islahatları. Yaxın günlərdə Nazirlər Kabinetinin yeni strukturu təsdiq olunacaqdır. Yaxın gələcəkdə parlament yenidən formalaşacaq. Bu, təbii prosesdir. Eyni zamanda, gəncləşmə prosesi aparılır, bu da təbiidir. Çünki biz indi gənc kadrlara gərək imkan yaradaq ki, onlar öz bacarığını göstərsinlər.
Siz 1993-cü ildə Prezident Administrasiyasına ulu öndər Heydər Əliyev tərəfindən dəvət olunmusunuz. Demək olar ki, Heydər Əliyev Prezident kimi fəaliyyətə başlayandan dərhal sonra sizə bu böyük etimadı göstərmişdir və on il ərzində onun rəhbərliyi altında işləmisiniz. Yəni, siz 26 ildir Prezident Administrasiyasında çalışırsınız, onun 20 ilini katibliyin rəisi kimi. Ulu Öndərin sizə olan xoş münasibətini mən şəxsən bilirəm, bunun şahidi olmuşam. O, sizə çox inanırdı, güvənirdi və məhz buna görə sizə böyük vəzifəni etibar etmişdir.
Son 16 il ərzində biz birlikdə işləyirik. Mən də sizin işinizdən həmişə razı olmuşam. Siz çox məsuliyyətli, bilikli, peşəkar insan kimi ölkəmizin ümumi inkişafına böyük töhfələr vermisiniz. Bütün bunları nəzərə alaraq, mən sizi yüksək dövlət ordeni – "Şərəf” ordeni ilə təltif edirəm. Siz bu yüksək ordenə layiqsiniz. Bu orden sizin gördüyünüz işlərə dövlət tərəfindən verilən yüksək qiymətdir. İcazə verin, bu yüksək mükafatı sizə təqdim edim.
Dilarə Seyidzadə: Çox sağ olun.
Dövlət başçısı "Şərəf” ordenini Dilarə Seyidzadəyə təqdim edib.
Prezident İlham Əliyev: Təbrik edirəm sizi.
Dilarə Seyidzadə: Çox sağ olun, cənab Prezident. Bilirsiniz, bu gün mənim üçün çox böyük bir gündür. Mən bütün həyatımı bir tarixçi kimi çalışmışdım. Bu, mənim üçün çox böyük bir şərəf idi. Siz çox sağ olun, elə bu ordenin də adı "Şərəf”dir. Çox şadam ki, böyük, unudulmaz şəxsiyyət, bizim dahi rəhbərimiz Heydər Əliyev mənə inanıb, etimad göstərib, əvvəlcə özünə köməkçi, sonra isə katiblik yaradıb qarşımda çox məsuliyyətli vəzifələr qoymuşdur. O, katibliyi yaradanda mənə işin hamısını izah etmişdi. Görünür, o hesab edirdi ki, həmin dövrdə katiblik çox lazımı işlər görəcək.
Mən Sizə çox böyük minnətdarlığımı bildirirəm ki, Siz də bizə etimad göstərdiniz, mənim başçılıq etdiyim katibliyə diqqət, qayğı göstərdiniz. Biz bu diqqət və qayğını hər gün hiss edirdik. Biz fəxr edirdik ki, gündəlik işimizlə Sizə nəsə kömək göstəririk. Bu, bizim həyatımızın mənası idi.
Bu gün də yüksək diqqət göstərib, vaxt ayırıb məni qəbul etdiniz, mənə belə böyük bir mükafat verdiniz. Mən həmişə Sizin çıxışlarınıza valeh oluram, çox diqqətlə qulaq asıram. Onlar bizim tariximizi daim hər bir insanın ürəyinə çatdırır. Deyə bilərəm ki, Azərbaycan xalqının çox böyük oğlusunuz. Biz hamımız Sizinlə həmişə fəxr edirik, Sizi hamı sevir. Arzum odur ki, Siz həmişə xoşbəxt olasınız, həmişə bizim bu gözəl Vətənimizi irəliyə aparasınız.
Prezident İlham Əliyev: Çox sağ olun. Xoş sözlərə görə təşəkkür edirəm. Sizə də cansağlığı arzulayıram. Əminəm ki, Siz çox gözəl tarixçi, ictimai xadim kimi bundan sonra da ölkəmizin ümumi inkişafına dəyərli töhfə verəcəksiniz və Azərbaycan tarixini, xüsusilə müasir tarixini olduğu kimi, bütün həqiqətləri tam təfsilatı ilə nəzərə alaraq həm ictimaiyyətə, həm də xüsusilə gənc nəslə çatdıracaqsınız.
Çünki mənim Bakı Dövlət Universitetinin 100 illiyinə həsr edilmiş tədbirdəki çıxışım məhz böyük dərəcədə gənclərə verilən çox ciddi mesaj idi. Həqiqəti onlar olduğu kimi bilməlidirlər, bugünkü reallıqları qiymətləndirməlidirlər, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının qarşısında göstərdiyi tarixi xidmətləri bilməlidirlər. Biz hamımız o acı günləri yaxşı xatırlayırıq. Azərbaycanda xaos, anarxiya, özbaşınalıq hökm sürürdü, ölkəmizin müstəqilliyi sual altında idi. Demək olar ki, Azərbaycan parçalanma ərəfəsində idi. Məhz Heydər Əliyevin qətiyyəti, cəsarəti, biliyi, xalqın ona olan inamı, bizi bu ağır vəziyyətdən çıxardı və inkişaf yoluna qoydu.
Ona görə hesab edirəm ki, müasir tariximizlə bağlı daha böyük əsərlər yazılmalıdır, həm elmi əsərlər, həm publisistik əsərlər. Çünki buna böyük ehtiyac var. Xüsusilə ona görə ki, biz bu tarixi yaşamışıq, biz hamımız o tarixin şahidləriyik. Hesab edirəm ki, bu tarixi olduğu kimi çatdırmaq, onu bizim tarixlə bağlı kitablarda əks etdirmək böyük iş olar. Əminəm ki, Siz tarixçi kimi və Azərbaycan dövlətçiliyinin formalaşmasında önəmli rol oynamış insan kimi bundan sonra da öz elmi fəaliyyətinizdə bu işləri görəcəksiniz. Sizə cansağlığı və yeni uğurlar arzulayıram.
Sonra xatirə şəkli çəkdirilib.
Prezident İlham Əliyev: Sağ olun.
Dilarə Seyidzadə: Çox sağ olun.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi