Azərbaycanın XİN: "Sərnişinlərin həlak olması bizi dərindən kədərləndirdi"

img

01-12-2019 [20:04]


 Azərbaycanın Xarici İşlər Nazirliyi Rusiyada avtobus qəzasında ölənlərlə bağlı başsağlığı mesajı yayıb.

Mia.az xəbər verir ki,  Xarici İşlər Nazirliyinin "Twitter”dəki səhifəsində deyilir: 

"Rusiyanın Sretensk rayonunda sərnişin avtobusu qəzasında onlarla sərnişinin həlak olması xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və qəzada yaralanan və xəsarət alanların tezliklə sağalmasını arzu edirik”.

Xatırladaq ki, Rusiyada sərnişin avtobusunun qəzaya uğraması nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.

Hadisə Zabaykal diyarında, Sretensk rayonunda qeydə alınıb. Belə ki, sərnişin avtobusu körpüdən Kuenqa çayına aşıb.

 Hadisə zamanı avtobusda 43 nəfər olub. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA