İlham Əliyevlə Ərdoğan görüşdü - FOTO

img

30-11-2019 [22:56]


Noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olub.

Mia.az Azərtac-a istinadla xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib. 

Ölkələrimizin həyata keçirdiyi qlobal layihələrin, TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasiminin önəmi qeyd edildi. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin bundan sonra da daim möhkəmlənəcəyinə və genişlənəcəyinə əminlik ifadə olunub.

 



 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA