Polşanın Sülhməramlı Əməliyyatları Hərbi Təlim Mərkəzinin rəisi Azırbaycana gəlib - FOTO

img

29-11-2019 [14:13]


Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Polşa Silahlı Qüvvələri arasında bağlanmış ikitərəfli əməkdaşlıq planına əsasən, Polşanın Sülhməramlı Əməliyyatları Hərbi Təlim Mərkəzinin rəisi Pavel Çabaliskinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.

Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, görüşdə Azərbaycan Ordusu ilə Polşa Silahlı Qüvvələrinin NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı və sülhməramlı əməliyyatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Polşa nümayəndə heyəti sülhməramlıların xidmət yerlərində yaradılan sosial-məişət və təlim şəraiti ilə tanış olublar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA