Azərbaycanda turizm polisi yaradılacaq? - Açıqlama

img

29-11-2019 [14:06]


"Azərbaycanda turizm polisinin yaradılması məsələsi gündəmdədir".

Bunu Bakıda keçirilən "Azərbaycan Turizm Sammiti – 2019” tədbirində Azərbaycan Dövlət Turizm Agentliyin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, turizm polisinin geyiminin hansı formada olması müzakirə edilir: "Turizm polisinə cəlb edilən polislər müxtəlif treninqlərdə iştirak edəcəklər və daha çox xarici dil bilənlər cəlb ediləcək".

Bildirilib ki, ölkəyə turist axınını təmin etmək, gələn turistlərin yenidən gəlməsi üçün şərait yaratmaq üçün bu cür addıma ehtiyac var. Turizm polisi yaranan problemin həlli istiqamətində işləri görəcək.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanı ziyarət edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10,9% və ya 264 min nəfər artaraq, təqribən, 2,7 milyon nəfərə çatıb.

Bu da 2019-cu ildə Azərbaycana gələn xarici vətəndaşların sayının 3 milyondan artıq olacağına əsas verir/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA