İcra başçısı bacısı oğluna vəzifə verdi, onları çıxardı - Suraxanı İH-də dəyişikliklər + Adlar

img

29-11-2019 [13:17]


Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətində (RİH) yeni kadr təyinatları olub.

Suraxanı RİH-in başçısı Əziz Əzizovun müvafiq əmri ilə başçının köməkçisi vəzifəsinə Ağayev Murad Əsgər oğlu təyin edilib.

Ə.Əzizovun digər əmri ilə RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini vəzifəsinə Əliyev Eldəniz Əliqulu oğlu təyinat alıb.

Bundan başqa, Ə.Əzizovun müvafiq əmrləri ilə RİH-in Hüquq şöbəsinin məsləhətçisi Mustafayev Namiq Məcid oğlu və İctimai-siyasi və humanitar məsələlər şöbəsinin məsləhətçisi Qədimov Mikayıl Fərəməz oğlu vəzifələrindən azad ediliblər.

İcra başçısının yeni köməkçisi M.Ağayev Ə.Əzizovun bacısı oğludur.

Qeyd edək ki, bundan əvvəl RİH-in daha iki əməkdaşı - icra başçısının köməkçisi Təyublı Mirteyub Xaqani oğlu və İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məmmədov Rəşid Müslüm oğlu işdən çıxarılıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin noyabrın 12-də imzaladığı sərəncamla Əziz Əzizov Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Ə.Əzizov bundan əvvəl Yasamal Rayon İcra Hakimiyyətinin başçısı olub. Həmin vaxt M.Ağayev də Yasamal Rayon İcra Hakimiyyətinin başçısının köməkçisi vəzifəsində çalışıb.

Son günlər mətbuatda Ə.Əzizovun RİH-də qalmaqallı kadr dəyişikliyi etməsi ilə bağlı xəbərlər dərc olunub/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA