Dövlət qulluqçularına əlavə təhsil üçün xərclər ayrılacaq - Hökumətdən qərar

img

29-11-2019 [11:06]


"Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli qərarında dəyişiklik edilib.

Mia.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, "Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatı”nın "222950. Əməyin mühafizəsi xərcləri” maddəsindən sonra "222960. Dövlət qulluqçularının əlavə təhsil xərcləri” maddəsi əlavə edilib.  

"Digər iş və xidmətlərin haqqının ödənilməsi” paraqrafında "222940. Əməyin mühafizəsi xərcləri” sözləri "222950. Əməyin mühafizəsi xərcləri”, "222960. Dövlət qulluqçularının əlavə təhsil xərcləri” sözləri ilə əvəz edilib.

"222950. "Əməyin mühafizəsi xərcləri” maddəsindən sonra aşağıdakı məzmunda maddə əlavə olunub:

"222960. "Dövlət qulluqçularının əlavə təhsil xərcləri” maddəsinə dövlət qulluqçularının əlavə təhsil xərcləri daxildir.

 "222990 "Sair xərclər” maddəsinə "dinləyicilərin” sözündən sonra "(dövlət qulluqçuları istisna olmaqla)” sözləri əlavə edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA