İqtisadiyyat Nazirliyində yeni - Təyinatlar

img

28-11-2019 [16:28]


İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidentinə daha bir müşavir təyin edilib.

"Report” xəbər verir ki, bu, Fuad Pənahovdur.

O, bundan əvvəl Nazirliyə məxsus "Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktor müavini olub. F.Pəhanovu keçmiş vəzifəsində indiyə qədər bu şirkətdə çalışan Elxan Şiriyev əvəz edib.

AZPROMO prezidentinin digər müşaviri əvvəlki qaydada Nəcmin Həsənlidir. Fondun prezidenti vəzifəsini isə müvəqqəti olaraq Yusif Abdullayev icra edir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA