Deputat parlamentin buraxılmasını dəstəklədi: "Bu, islahatların tərkib hissəsi kimi qiymətləndirilməlidir"

img

28-11-2019 [14:03]


Parlamentdə təmsil olunan Ana Vətən Partiyası (AVP) hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar parlament seçkiləri keçirilməsi ilə bağlı təşəbbüsünü dəstəkləyir. 

Bu barədə Yenisabah.az-a açıqlamasında AVP sədri Fəzail Ağamalı bildirib. 

"Bu barədə mətbuat vasitəsilə əldə etdik. Bizə bəlli oldu ki Yeni Azərbaycan Partiyasının bu iclasının qərarı rəsmi şəkildə günün ikinci yarısında elan olunacaq. Təbii ki, onda daha geniş şəkildə bunun üzərində dayanmaq olar. Hər halda bu addımı müsbət dəyərləndirik. Düşünürəm ki, bu addım ölkəmizdə gedən islahatların tərkib hissəsi kimi qiymətləndirilməlidir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA