Sabah Bakıda bu yollar bağlanacaq - Xəbərdarlıq

img

28-11-2019 [12:25]


Nərimanov rayonu Əliyar Əliyev küçəsinin, Ziya Bünyadov prospekti ilə Yusif Vəzir Çəmənzəminli küçəsi arasında yerləşən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti noyabrın 29-dan etibarən qismən məhdudlaşdırılacaq. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Mia.az-a verilən məlumata görə, qismən məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

Bu üzdən sürücülərdən AAYDA sözügedən küçə ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA