"Xəbər məni olduqca kədərləndirdi" - İlham Əliyev

img

27-11-2019 [17:25]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Prezidenti İlir Metaya başsağlığı verib.

Başsağlığı məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizdə baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Albaniya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm",

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA