"Azərbaycan Ordusu cəbhənin Ağdərə istiqamətində hərəkətlənməyib" - MN düşmənə cavab verdi

img

26-11-2019 [21:38]


"Ermənistan tərəfinin guya Azərbaycan Ordusu bölmələrinin cəbhənin Ağdərə istiqamətində təxribat törətmək cəhdi barədə yaydığı məlumat yalandır, əsası yoxdur və  dezinformasiya xarakteri daşıyır".

Mia.az xəbər verir ki, bu, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Nazirlik qeyd edib ki, görünür, son zamanlar cəbhə xəttində mövcud sabit vəziyyət Ermənistanın hərbi-siyasi rəhbərliyini qane etmir və bu cür məlumatları yaymaqla erməni xalqının diqqətini öz ölkəsində mövcud olan problemlərdən yayındırmağa çalışır: "Digər tərəfdən isə həmişə olduğu kimi, Azərbaycan əsgərinin xofu düşməni daim qorxu içində saxlayır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA