Tanınmış təhsil eksperti Əlövsət Osmanlı Bulvarda ürəktutmadan vəfat etdi

img

08-09-2013 [12:14]


Tanınmış təhsil eksperti, fizika-riyaziyyat elmləri namizədi Əlövsət Osmanlı 56 yaşında dünyasını dəyişib. 

Xəbəri APA-ya Ə. Osmanlının oğlu Dilqəm Osmanov təsdiqləyib. O bildirib ki, atası dünən Milli Parkda gəzişərkən anidən ürək tutması olub. Dərhal həkim çağırılmasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.  

Qeyd edək ki, Əlövsət Osmanlı 9 iyun 1956-cı ildə Gürcüstan Respublikasının Dəmirli kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) mexanika-riyaziyyat fakültəsini bitirib. Azərbaycan, rus və gürcü dillərində nəşr olunmuş 50-yə yaxın dərslik və dərs vəsaitlərinin müəllifidir. Təhsilin məzmunu ilə bağlı geniş tədqiqat işləri aparıb. Onun son kitabları "Təhsil tariximizin qara ləkələri”, "Təhsilimiz hara gedir?” və "Təhsilimiz bu gün” olub. 

Ailəli idi. 1 oğlu, 1 qızı var.

Allah rəhmət eləsin!


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA