Mehriban Əliyeva: "Öz fəaliyyətimdə mən daim sizin dəstəyinizi hiss edirəm"

img

26-11-2019 [14:47]


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstagram” səhifəsində ünvanına gələn təbriklərə görə xalqa təşəkkür edib.

Mia.az-ın xəbərinə görə, təşəkkür mətnində deyilir:

"Hörmətli həmvətənlər!

Rusiya Federasiyasının dövlət mükafatı – "Dostluq” ordeni ilə təltif edilməyim münasibətilə təbriklərinizə görə sizə dərin minnətdarlığımı bildirirəm. Rusiyaya rəsmi səfərim zamanı mənə ünvanladığınız xoş, səmimi sözlərə görə sizə təşəkkür edirəm.

Öz fəaliyyətimdə mən daim sizin dəstəyinizi hiss edirəm. Sizin mənə inamınız, xoş münasibətiniz və səmimiyyətlə uğurlar diləməyiniz mənim üçün ən gözəl ilham mənbəyidir.

Çox sağ olun!

Sevgilərlə,

Sizin Mehriban".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA