07-09-2013 [21:18]
Sentyabrın 4-də Dövlət Sərhəd Xidmətinin Naxçıvanda yerləşən hərbi hissəsində intihar etdiyi bildirilən əsgər İmran Şavəddinovun cənazəsi doğulduğu Ağdaş rayonuna gətirilib.
Atası Şöhrət Şavəddinovun "Azadlıq” radiosuna dediyinə görə, hərbi hissədən onlara zəng edib, oğlunun intihar etdiyini bildiriblər: "Dedilər oğlun İmran Şavəddinov özünü asaraq öldürüb. Gətirib cənazəni təhvil verdilər. Zorakılıq əlamətləri yox idi. Amma müəmmalıdır - 5 ayın əsgəri özün niyə asmalıdır? Deyillər araşdırma aparılır. Heç maraqlanan da yoxdur”.
İmran Şavəddinov 2013-cü il aprelin 11-də Ağdaş rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.
Bu, son bir həftədə Ağdaş rayonuna gətirilən ikinci əsgər cənazəsidir. Avqustun 31-də Müdafiə Nazirliyi Ağcabədidəki hərbi hissədə əsgər Tural Zamanovun leykoz xəstəliyindən vəfat etdiyi barədə xəbər yayıb.
"Qafqazinfo” xəbər verir ki, Musavat.com-un məlumatına görə, sosial şəbəkələrdə İmran Şavəddinovun ailəsinə yazdığı son məktub yayılıb. Əsgər ölümündən 8 gün əvvəl bunları yazıb:
"Anam əziz anam. Necəsən? Sizin üçün biz bilsəniz necə darıxmışıq? Birdən əyləşib keçən günlərimizi fikirləşirəm. Səninlə dalaşmağımızı küsüb barışmağımızı. Atam mənə deyəndə ki, tərəvəzdə ot təmizlənməlidir. Tez durub maşına qaçardım. Amma burada bütün günü təmizlik də edirik, ot da yığırıq. Nə bilim anam, bilmirəm nə edim. Birdən elə bezirəm ki, özümü öldürmək istəyirəm. İndi bilirsən nə istərdim, evdə olardım. Evdə olardım üstümə qışqırardın, danlayardın. Elə bir yerə gəlib düşmüşəm ki, anamın atamın üzünə həsrət qalmışam. Heç hələ qardaşlarımı demirəm. 6 aydır ki, qardaşımı da görmürəm. İndi o necə də dəyişibdir. 3 aydır ki də sizi görmürəm. Sizi də başa düşürəm. İmkanınız yoxdur. Ayda o evə 200 manat pul gəlir. Siz onunla tələbə də oxutdurmalısız. Hər ayda atam 50-60 manat mənə göndərir. Ona görə də, heç sizə deyə bilmərəm də ki, mənim yanıma gəlin. Bircə yerimi dəyişsəydilər canım rahatlaşardı. Ey əziz anam, atam. Bu məktubu yazaraq az da olsa ürəyimi boşaltdım. Bu məktubu oxuyarkən heç də pis olmayın, ağlamayın. Məndən yadigar saxlayın bu məktubu. Küçədə hamıya salam deyin. Roza xalaya, Leman bacıya, Kamrana, Elvinə, İntizar xalaya, Mehribana, Gülçinə, və s. O tərəfdə gözün olsun anacan. Hələlik sağ olun. Özünüzə yaxşı baxın. Əziz anam, atam və qardaşım”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi