Sirus Təbrizlinin həyat yoldaşından açıqlama: “Əlində Putinin kitabı vəfat etdi...”

img

07-09-2013 [18:51]


Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından biri, keçmiş mətbuat və informasiya naziri Sirus Təbrizli sentyabrın 7-də Nabranda vəfat edib.

Həyat yoldaşı Rəfiqə Təbrizlinin "Azadlıq" radiosuna dediyinə görə, mərhumun səhhəti ilə bağlı heç bir şikayəti olmayıb:

"Heç bir şikayəti yox idi, elə yuxuda keçinib. Hər gün dənizdə çimirdi , gəzirdi. Biz iyul ayından Nabrandayıq. Qonaqlarımız, uşaqlarımız gəlmişdilər, onlar getdilər biz ikimiz qaldıq. Qapını açdıq ki, uzanmış vəziyyətdədir. Eynəyi gözündə, oxuduğu kitab da düşüb sinəsinin üstündə... Sonuncu oxuduğu kitab Putin-lə bağlı idi – "Если бы я был русский царь…".

Ölümü ilə də o, heç kimi incitmədi. Mayın 9-da 72 yaşı olacaqdı".

Sirus Təbrizli 1942-ci il mayın 9-da Təbriz şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Yeni Azərbaycan Partiyasının sədr müavini işləyib. 1995-2005-ci illərdə Milli Məclisin deputatı olub. Tənqidi çıxışlarına görə 2007-ci ildə YAP-dan xaric edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA