Gürcüstan maşınlarına qadağaya etiraz böyüyür - Gömrük Komitəsinin önündə aksiya + VİDEO

img

26-11-2019 [10:08]


Bəzi sürücüləri depozit qoymağa məcbur edir, bəzilərinə isə süni maneələr yaradırlar.

Son günlər Gürcüstandan Azərbaycana gələn avtomobillərə məhdudiyyət tətbiq olunması ilə bağlı məsələ gündəmdədir. 

"Yeni Sabah” xəbər verir ki, Dövlət Gömrük Komitəsi mətbuata verdiyi açıqlamada "nəzarəti gücləndirdiyi" qeyd etsə də əslində məhdudiyyət tətbiqi həyata keçirilir. 

Belə ki, bəzi sürücüləri depozit qoymağa məcbur edir, bəzilərinə isə süni maneələr yaradırlar.

Buna görə də sürücülər yığışıb kütləvi etirazlar keçirir. 

Dövlət Gömrük Komitəsinin bu addımla Gürcüstanda yaşayan soydaşlarımızı dövlətdən narazı saldığı ifadə olunur. 

Videonu təqdim edirik:

 


 Yenisabah.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA