Milliləşən ictimai sektor, yaxud dövlət qurumları ilə sıx əməkdaşlıq: QHT-lər artıq "ögey bala" mərhələsini adlayıb

img

25-11-2019 [19:31]


Hər bir ölkənin azad, demokratik inkişafdakı ugurları onun dövlət qurumları ilə vətəndaş cəmiyyəti qurumları arsında olan əməkdaşlıqdan kecir. 

Bəs, bizim ölkəmizdə necə mövcud olan əməkdaşlıq yetərlidirmi?

Qeyri-hökumət Təşkilatı ( QHT ) termini BMT-nin yaranması ilə 1945-ci ildən eşidilməyə başladı və ən son statistikaya görə, dünyada təxminən 1.4 millyon QHT var. 

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən əldə etdiyimiz ən son məlumata görə, indiyədək 4494 qeyri-komersiya təşkilatı rəsmi dövlət qeydiyyatına alınıb. Onun da 3096-sı QHT-lərdir. Təxmini hesablamalarımıza görə, 1500-dən çox fəal ictimai birlik var ki, onların 700-dən çoxu il ərzində təkcə QHT-lərə Dövlət Dəsətyi Şurasından maliyyə dəstəyi əldə edə bilir. 

Gənclər Fondu. Elm Fondu, həmçinin bir sıra nazirlik və komitələrlə əməkdaşlıq edən QHT-lərin də olduğunu nəzərə alsaq, şübhəsiz  bu say daha da artmış olar.

Beləliklə, 75 illik bir tarixə malik QHT sektorunun Azərbaycanda təşkilatlanması və var olması prosessi 30 illik bir müddəti əhatə edir. 

1995-ci ildən sonra bir sıra beynəlxalq təşkilatların icmanın inkişafı, texniki dəstək məqsədli layihələrini də yox saya bilmərik, amma əhatə dairəsi geniş olmadığından say baxımından diqqəti çəkmirdi. Həmin vaxtlarda Vətəndaş Cəmiyyətinə dəstək adı ilə layihələrlə anti-Azərbaycan fəaliyyətlərdə olan beynəlxalq təşkilatlarda gizli formada özlərinə maraqlı dəstək qurumları seçməklə məşğul idilər. Tamamilə dövlətdən azad və heç bir rəsmi qeydiyyatı olamayan QHT-ləri maliyyələşdirərək, hakimiyyətə müxalif ictimai qurumlar yaratmaqla məşğul idilər. Bu qurumlarda anti -Azərbaycan "liderlər” yetişdirilir və cəmiyyətə xilaskar kimi ixrac etməyə cəhdlər olurdu. 

Leyla Yunus, Arif Yunus, ermənilərin təbligati ilə məşgul olan Helsinki Vətəndaş Assambleyası, Soros Fondu və s. buna misal çəkmək olar. 

Bütün bunlarla bərabər, BMT-nin, Yaponiya hökumətinin qaçqınlar və icmalarla bağlı proqramları da var ki, öz misiyalarına uyğun olaraq tamamilə siyasətdən uzaq proqramlar həyata keçirilir.

Azərbaycan QHT sektorunun mövcud olduğu 30 ilin ən məhsuldar dövrü 2008-2018 –ci illəri əhatə etdiyini desək, yanılmarıq. Bu müddətdə rəsmi qeydiyyatda olan ictimai təşkilatların sayı sürətlə artmağa başlayıb. İl ərzində 1000-ə yaxın QHT dövlət tərəfindən maliyyələşdirilir.  Etiraf edilməlidir ki, QHT-lərin dövlət tərəfindən maliyyələşməsi dövlət maraqlarına xidmət edən, eyni zamanda, dövlət qurumları ilə əməkdaşlıqda maraqlı olan vətəndaş cəmiyyətinin formalaşaraq yeni mərhəlyə qədəm qoyduğunun şahidi oluruq. Paralel olaraq, öz növbəsində bu sektorun milliləşməsi prosesisi də müşahidə olunmağa başlayır. Yəni burada başqa dövlətlərin siyasi və iqtisadi maraqlarını "iqnor" edərək dövlətin maraqlarını önə çəkən milli Vətəndaş Cəmiyyətinin formalaşması önə çıxmağa başlayıb. 

QHT-lərin yeni mərhələdə fəaliyyəti dövlət qurumları ilə əməkdaşlıq əlaqlərinin başlanğıcı oldu, həm də fəaliyyətləri haqqında mübahisəli rəylər olan beynəlxalq qurumlardan aslılıq aradan qaldırıldı. Nəticə etibarı ilə mənşəyi naməlum beynəlxalq təşkilatlar rəsmi qeydiyyatı olan yerli QHT-lərlə əməkdaşlıqdan tədricən yayınmağa başladılar. Əlbəttə ki, rəsmi qeydiyyatı olan bir ictimai təşkilatın dövlət qurumları qarşısında maliyyə hesablılıqları onların gizli niyyətlərini aşkara çıxara və onları ələ verə bilərdi.

Azərbaycanda QHT-lərin fəliyyətinin tarixinə nəzər salsaq, görərik ki, ilk əvvəl yalniz həmkarlar təşkiları, sonralar assosasiyalar və hərəkatlar (Çernobıl əlilləri, Yaşıllar və s.) kimi fəaliyyətə başlayan təşkilatların sayı elə də çox olmayib. Bu birliklər cəmiyyətin bütün sahə və təbəqələrinə sirayət edə bilməsələr də, müəyən bir toplularda fəaliyyətləri vardı. Təbii olaraq da, ictimai rəyə təsir edə biləcək sayda və nüfuzda deyildilər.

Bir daha xüsusi vurğulyaq ki, 1998-2008-c illərdə QHT sektor ciddi təkildə təşkilatlanmağa başlayıb. Bu illərdə Vətəndaş Cəmiyyəti institutlarının sayi surətlə artdı və özlərini tanışmağa, öz varlıqlarını göstərməyə başladılar. Bundan əvvəlki vaxtlarda könüllülük, ictimai maraqlar və s. ancaq dövlət qurumlarının konkret günlərə həsr olunmuş abadlıq məqsədli iməclikləri kimi başa duşulurdusə, qeyd edilən ildən etibarən bu baxış sürətlə ictimai rəydə dəyişməyə başladı...

Bütün bu dövr mənim yaddaşımda və gözlərimin qabağıdan kino lenti kimi keçir. 2002 ve 2005-ci illərdə çalışdığım mətbu orqanında QHT -lərə aid məlumatları redaktorlar lazımsız və informasiya yuku olmayan xəbər  hesab edirdi. Hətta hər məsələdən xəbərdar olan, ziyalı redaktor belə QHT məsələsini tam olaraq dərk etmirdi, hətta bu sahə ilə xəbərləri "apar, onu zibil qabina at” deyirdi. 

Təbii ki, belə bir baxışın mövcud olduğun  dövrdə QHT və dövlət qurumları ilə əməkdaşlıq da normal ola bilməzdi. Yanlış təsəvvürlər və kifayət qədər məlumatlı olmayan məmurların QHT-lərə münasibəti,  hələ tam formalaşmamış Vətəndaş Cəmiyyəti institutlarının nüfuzlarına kölğə salırdı. 

Təsssüflə qeyd etmək istəyirəm ki, bu durum hazırda regionlarda fəaliyyət göstərən yerli QHT-lərə münasibətdə davam edir. Onu da qeyd etməliyəm ki, vəziyyətin bu şəkildə olmasında təkcə yerli İcra orqanlarında çalışan xirda məmurlar deyil, burada bir sıra QHT-lərdə çalışan əməkdaşların səriştəsizliyi və təcrübəsizliyi də kifayət qədər rol oynayır. 

Paytaxt və regionlardakı bir sıra QHT-lərdən fərli olaraq, öz statuslarını və funksiyalarını tam olaraq bilməyən birliklər də var. Mahiyyətini tam anlamadan, hətta qeyri-kommersiya qurumu olmasına baxmayaraq, ictimai qurumun fəaliyyət prinsipləri ilə taniş olmadan, ancaq iqtisadi maraqlarını güdərək bu sektora atılmış insanlar da var. Belə birliklər təbii olaraq öz işlərini lazımi səviyyədə apara bilmirlər və dövlət qurumları ilə əməkdaşlıq mədəniyyətinə malik olmadıqlarına görə də müəyyən anlaşılmazlıqlar yaranır.

Yeri gəlmişkən, artıq regional QHT-lərin sayı da çoxalıb və Azərbaycan Respublikası Prezidenti yaninda QHT-lərə Dövlət Dəstəyi Şurası irili-xırdalı bütün QHT-lərə hərtərəfli dəstək verməklə, ictimai həyatı fəallaşdırmağa nail ola bilib.


İndi təkcə paytaxtda deyil, regionlarda belə ictimai tədbirlərin və təşəbbüslərin sayında artım hiss olunur. Artıq əvvəllər aydın olmayan "QHT”, nə də "layihə”sözləri heç kim üçün qaranlıq deyil. Çoxalan QHT-lərlə birlikdə, ictimai təşəbbüslərin də sayı artaraq, diqqət çəkməyə başlayıblar.

Regionda intelektli gənclər layihələr qoşularaq təcrübələr əldə edir, kimisi öz təşklatını yaradır, kimisi fərdi qrantılardan yaralanır, kimisi də burada topladığı təcrübə ilə dövlət qurumlarında çalışmaq imkanı əldə edirlər.

İndi ictima təşkilatların milliləşməsi vətəndaş cəmiyyəti nümayəndələri ilə dövlət qurumlarının arasında əlqaqələrin yaranmasına geniş şərait yaradıb. Dövlət qurumları ilə əməkdaşlıq təşkilatın idarəçiliyində mütəxəssislərin sayının artmasına kömək edir. Bu isə ümumən işlərə öz müsbət təsirini göstərməyə bilməz. Əlbəttə, boyük layihələrə seçim yolu ilə ixtisaslı mütəxəsislər cəlb olunduğundan, gənclərin və təcrübəsi az olan insanların belə yerlərə düşməsi imkansız olardi. Amma kiçik ictimai layihələrdən başlayaraq, təcrübə toplayaraq böyük layihələrdə, özəl və dövlət qurumlarına yerləşmək realdır.

İctimai fəaliyyətlər özlüyündə qazanc vasitəsi olmasa da, orada çalışaraq dövlət qurumları ilə əməkdaşlıq etdikcə, gənclərdə idarəçilik təcrübəsi yaranır. İdarəçiliyi bacaran insanlar özlərinə daha böyük hədəflər qoyurlar və buna çatmağa çalışırlar. Bu gun dövlət qurumlarında xeyli sayda insan var ki, onlar məhz ugurlu karyeraya aparan yolunu ictimai fəaliyyət sahəsində qurublar.

Xalqın lobiçiliyini aparmağı bacaran gənclərin ictimai təşkilatlardan dövlət qurumlarına transferi daşıdıqları vəzifələrdə, xalqla əlaqələrdə və qərarvermədə olduqca məhsuladar və faydalı olurlar. Bu, açıq sezilən təzahür olmaqla, cəmiyyətdə indi əsla şübhə doğurmur. Bu tendensiya artan müstəvidə davam edir və öz ugurlu nəticələrini göstərməkdədir.

 Hazırda QHT-lər öz köməkçi statusları ilə görülən işlərə ictimai dəstək verməkdədirlər. Necə deyərlər QHT-lər dövlətin "ögey balası" olmaq mərhələsini çoxdan keçiblər. Artıq öz məram və məqsədlərinə uyğun ictimai fəaliyyətində dövlət qurumları ilə işləmələrində hər hansi bir problem hiss olunmur.

Əlbəttə, ölkədə ictimai sektorun möhkəmlənməsi üçün bütün zəruri qanunvericilik bazası var; QHT-lərə Dəstəyi Şurası formalaşıb,  tövsiyyə xarakterli məsləhət və yardımlarlarla bərabər, müxtəlif dövlət qurumlarında formalaşdırılan ictimai şuralar, onların təklifvə rolları artmaqdadır. 

Bütün bunlar onu deməyə əsas verir ki, dövlət bu əməkdaşlığın qurulmasında son dərəcə maraqlıdır. Yetər ki, bu istiqamətində həm vətəndaş cəmiyyəti fəal olsun, həm də bu sahəyə məsul olan məmurlar və dövlət rəsmiləri yaranmış olan baryerin aradan qaldırılmasına daha istəkli enerji sərf etsinlər.

Hesab edirəm ki, bundan həm dövlətimiz, həm də xalqımız qazanar, eyni zamanda hər bir Azərbaycanın ölkəmizin uğurlu gələcəyinə öz töhvəsini vermiş olar...

P.S. Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən təşkil olunan "SƏLİS Jurnalist” nominasiyası üzrə müsabiqəyə təqdim olunmaq üçün hazırlanıb.

Sevinc KƏRİMOVA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA