Deputatlar bu gün toplanır: 19 qanun dəyişəcək - SİYAHI

img

25-11-2019 [10:23]


Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

İclasın gündəliyinə 19 məsələ daxildir.

Deputatlar "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında", "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında", "İşsizlikdən sığorta fondunun 2020-ci il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında", "Əmək pensiyaları haqqında" qanunda dəyişiklik edilməsi barədə, "Məşğulluq haqqında" qanunda dəyişiklik edilməsi barədə, "Sosial müavinətlər haqqında" qanunda dəyişiklik edilməsi barədə, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında, "Məhkəmələr və hakimlər haqqında" qanunda dəyişiklik edilməsi barədə, "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında" qanunda dəyişiklik edilməsi barədə. Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında, Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında, İnzibati Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında, İnzibati Xətalar Məcəllədə dəyişiklik edilməsi haqqında, "İnzibati icraat haqqında" qanunda dəyişiklik edilməsi barədə, "Məhkəmə-Hüquq Şurası haqqında" qanunda dəyişiklik edilməsi barədə, "Lisenziyalar və icazələr haqqında" qanunda dəyişiklik edilməsi barədə və "Tibbi sığorta haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihələrini müzakirə edəcəklər. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA