Rəqs edən polislərlə bağlı rəsmi açıqlama: “Azərbaycanla əlaqəsi yoxdur”

img

07-09-2013 [12:07]


Baş Dövlət Yol Polisi İdarəsi ötən gün sosial şəbəkələrdə yayılan yol polislərinin "Bon-Bon” rəqsi xəbərinə reaksiya verib. 

Qurumun şöbə rəisi Kamran Əliyev "Qafqazinfo"ya bildirib ki, portallarda yayımlanmış həmin videoda rəqs edənlər Azərbaycan yol polisləri deyil: "Əvvəla sosial şəbəkələrdə yerləşdirilmə tarixindən də görünür ki, bu 2-3 il əvvəlin görüntüləridir. Digər tərəfdən həmin polislərin geyimi də fərqlidir. Azərbaycan yol polislərinin geyiminin qolunda nişan olur. Amma həmin polislərdin geyimində bu yoxdur. Bu postsovet ölkələrinin birində çəkilmiş videodur, Azərbaycanla əlaqəsi yoxdur”. 

Həmin videonu yenidən oxuculara təqdim edirik. Youtube səhifəsində də görünür ki, video 2011-ci il sentyabrın 8-də sayta yüklənib. Videonun müəllifi də azərbaycanlı deyil.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA