Bibiheybət yolu yenidən bağlandı - Nə baş verib? + Açıqlama

img

24-11-2019 [19:32]


Aparılacaq təmir-bərpa işləri ilə əlaqədar olaraq Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yol ilə hərəkət yaxın saatlarda müvəqqəti olaraq qismən məhdudlaşdırılacaq. 

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, məhdudlaşma bir hərəkət zolağı üzrə tətbiq edilir: "Digər zolaqlar üzrə hərəkətdə hər-hansı məhdudiyyət olmayacaq. Buna baxmayaraq, ərazidə sıxlığın baş verməməsi üçün sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyyə olunur. Məhdudlaşma təmir-bərpa işləri aparılan müddətdə qüvvədə olacaq".

Qeyd edək ki, sözügedən yol bu iln martında aparılan təmir-bərpa işlərindən sonra istifadəyə verilmişdi. 

Bəzi məlumatlara görə, yağan yağışlar səbəbindən yolda yeni çatlar yaranıb, sürüşmə baş verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA