Bakıdakı şadlıq sarayında toy döyüş meydanına çevrildi

img

07-09-2013 [12:01]


Bakıdakı tanınmış şadlıq sarayında kütləvi dava düşüb.

Hadisə şahidlərinin milli.az-a verdiyi məlumata görə, dava dünən gecə Babək prospektində yerləşən "Arzu” şadlıq sarayında baş verib. Toy məclisi zamanı yaranmış dava sonra da şadlıq sarayının həyətində davam edib. Hadisə yerinə polis və təcili yardım çağırılıb. 

Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsindən bildirilib ki, toyda dava sərxoş qonaqlar arasında baş verib. Davanın hansı səbəbdən baş verməsini isə polis araşdırmalardan sonra biləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA