Bakıda 5 günə 1 manat faizlə 20 manat paylayan şirkətin sahibi kimdir? - Keçmiş bank işçisi haqda məlumatlar

img

24-11-2019 [11:50]


Xəbər verdiyimiz kimi, Azərabaycan vətəndaşları Bakı şəhərinin bir neçə ərazisində quraşdırılan "Azpulmat" adlı aparatlardan şəxsiyyət vəsiqəsini və barmaq izini daxil etməklə 20 manat məbləğində borc pul ala bilər.

Həmin borc 5 gün ərzində 21 manat şəklində geri qaytarıldığı zaman, yenidən 40 manat pul götürə bilər. Bildirilir ki, bu məbləği bu şəkildə  1000  manata kimi artırmaq olar.

"Azpulmat" adlı aparatlar haqqında məlumat almaq məqsədilə "azpul.az" adlı veb-sayt açılıb. Həmin sayt cəmi bir-neçə səhifədən ibarətdir. Olduqca səthi məlumatlar mövcuddur. Həmin səhifədə əlaqə üçün yalnız mobil nömrə qoyulub. İnsanlara pul paylayan bu aparatın kimə məxsus olduğu, ünvanı və digər məlumatlar mövcud deyil.

"Azpulmat" adlı aparatlar ötən il dövlət qeydiyyatına alınan "Azpul" MMC adlı şirkətə məxsusdur. Yeniavaz.com-un araçdırmasına görə, bu şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu Həsən bəy Zərdabi prospekti, ev 89, 3159-cu məhəllədə yerləşir. Nizamnamə kapitalı 1000 manat olan şirkətin qanuni təmsilçisi Vəliyev Tural Gəray oğludur.

1981-ci ildə Gəncə şəhərində anadan olan Vəliyev Tural Gəncə Dövlət Universitetində təhsil alıb. 2005-ci ildən bank sektorunda fəaliyyət göstərib. 

Tural Vəliyev "Gəncə  Bank" SKB, "Royal Bank of Baku" ASC-nin Gəncə filialı,  həmçinin "Nikoil Bank"ın Gəncə filialında çalışıb. 2009-2014-cü illərdə "Nikoil Bank"ın Gəncə fililalının müdiri olub. 2014-cü ildə Bankdakı vəzifəsindən çıxarılıb. Daha sonra "Nikoil Bank" ilə Tural Vəliyev arasında məhkəmə çəkişməsi olub.

Tural Vəliyev "Azpul" MMC-ni təsis etməzdən əvvəl - 2017-2018-ci illərdə "Giləzi Quşçuluq" şirkətində mühasib işləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA